Bir çox müəllim üçün dərslərinin müşahidə edilməsi qorxulu və xoşa gəlməyən bir təcrübə kimi görünə bilər. Ancaq müşahidə peşə təhsili sahəsində təlim və tədrisin keyfiyyətinin artırılmasının mühüm bir hissəsi ola bilər. Birləşmiş Krallıqda yerləşən Çiçester Kolleci kouçinq mədəniyyətini tətbiq etmək məqsədilə öz müşahidə sistemini yenidən təşkil edib və həm müəllimlərin, həm də tələbələrin fikrincə, bu dəyişiklik dərslərin ciddi şəkildə təkmilləşməsi ilə nəticələnib.  
Milli səviyyədə qəbul edilmiş və Peşəkar İnkişaf üçün “City and Guilds Beacon Award” mükafatına, eləcə də “Times Educational Supplement” tərəfindən Ən Yaxşı Tədris və Təlim Təşəbbüsü mükafatına layiq görülmüş proqram haqqında ətraflı məlumat əldə etmək üçün oxuyun. 
Çiçester Kolleci köhnə müşahidə prosesinin səmərəsiz olduğunu hiss edirdi. Onlar kiçik dəyişikliklər etmək əvəzinə böyük bir dəyişikliyə imza ataraq bütün sistemi dəyişmək qərarına gəldilər. Kollec bütün müşahidəçilərin tamamlamalı olduğu beş modul yaratdı. Müəllimlər kollecin “müşahidə etmək üçün lisenziya” adlandırdığı sənədi əldə etmək məqsədilə bütün modulları tamamlamalı idilər.

BEŞ MODUL:

  • Mədəniyyətin dəyişdirilməsi: tədris və təlim strukturunun müşahidə edilməsinə, özünü qiymətləndirməyə və fəaliyyətin planlaşdırılmasına giriş
  • Müşahidə və tədris: faktların toplanması, hesabat yazma və tənzimləmə
  • Əsas mühakimələrin əldə edilməsi: toplanmış faktlar əsasında rəylərin təmin edilməsi
  • Kouçinq modelindən istifadə etməklə rəylərin verilməsi: şifahi rəy vermə bacarıqlarının inkişaf etdirilməsi; təkmilləşdirilməsi tələb edilən və ya adekvat olmayan tədris üçün dəstəyin təmin edilməsi
  • Hədəflərin təyin edilməsi və fəaliyyətin planlaşdırılması.

Biz hazırda ilkin bildirişdən yekun sorğu və qiymətləndirməyə qədər bütün prosesi anlamışıq və müvafiq təlimatları aydın şəkildə müəyyənləşdirmişik.

– MİKKİ RENDEL, İDMAN VƏ İCTİMAİ XİDMƏTLƏR ŞÖBƏSİNİN

Beş modul kollec üzrə “kouçinq mədəniyyəti”nin tətbiq edilməsi prosesinin bir hissəsi kimi təqdim edilib. Bütün səviyyələr üzrə içşi heyətindən yeni proseslər barədə rəy verilməsi xahiş edilib. Faktlara əsaslanan müşahidə prosesi bütün müəllimlər arasında özünə inamın yaranmasına kömək etdi, belə ki, bu cür yanaşma qeyri-ixtiyarı mühakimələrə əsaslanan ikimənalı və ya qeyri müəyyən rəy və ya şərhlərin aradan qaldırılmasını təmin etdi.
İcraedici şuraya daxil olan tələbələr də təlimi tamamlayaraq dərsləri müşahidə etməyə dəvət edilib; bu, tələbələrin iştirakının təkmilləşdirilməsi və güclü öyrənmə təcrübəsinin əldə edilməsi ilə nəticələnib. Başlanğıcda 86 faiz olmaqla layihəyə qoşulan tələbələrin 95 faizi tədrisin yaxşı və ya daha yaxşı olduğunu hiss edib.
Proqram milli səviyyədə qəbul edilib. O, Peşəkar İnkişaf üçün “City and Guilds Beacon Award” mükafatına, eləcə də “Times Educational Supplement” tərəfindən Ən Yaxşı Tədris və Təlim Təşəbbüsü mükafatına layiq görülüb. Birləşmiş Krallığın təhsilin idarə edilməsi orqanı Ofsted də görülmüş işi bəyənərək bildirib ki, məktəb “təkmilləşdirilmiş və yüksək effektivliyə malik dərs müşahidə sisteminə” sahibdir.
Müəllimlər də yeni sistemin müşahidə ilə əlaqədar narahatçılığı azaldaraq etibarın artması ilə nəticələndiyini hiss edib. Saç və gözəllik peşəsi üzrə fəaliyyət göstərən müəllim bildirib: “Artıq dərsin müşahidə edilməsinin paylaşılan və yeni şeylər öyrənilən bir təcrübə olduğunun fərqinə varmışıq. Müşahidəçilər daha mehribandır və müşahidə etdikləri dərs haqqında bizim fikirlərimizi və hisslərimizi müşakirə etmək, dinləmək üçün vaxt ayırırlar… Bu prosesin narahatçılıq keçirməli olmadığımız, əksinə daha da rahatlaşdırıcı bir təcrübə olduğunu öyrəndik”.
Bu məqalə haqqında rəy bildirmək istəyirsinizsə, zəhmət olmasa VEE@britishcouncil.org ünvanına məktub göndərin və müzakirəyə qoşulun. Öz məqalənizi göndərmək istəyirsinizsə, bunu necə edəcəyinizi buradan öyrənin.

https://mektebgushesi.az

Bənzər yazılar