Abışov Məhəmməd Maşallah oğlu 11 iyul 2001-ci ildə Abşeron rayonunun Masazır qəsəbəsində dünyaya gəlib. Körpəlikdən oyuncaqlara maraq göstərən və musiqiylə əylənməyi xoşlayan, birinci sinfə gedənə qədər artıq  30-40 şeir əzbər bilən Məhəmməd  3-4 yaşlarında olarkən  pianoda “Cücələrim”,“Sağıcıdır mənim nənəm”,“Günəş olaram mən də” mahnılarını ifa edə bilirdi. Elə həmin yaşlarında onun musiqiyə olan həvəsi anası tərəfindən daha da gücləndirilib və evdə anasının pianosunu çalmağa başlayıb. Hətta o, ayaq barmağları ilə də pianoda ifa etməyi bacarır.
Təhsilini sağlamlıq imkanı məhdud uşaqlar üçün 5 saylı Respublika İnternat məktəbində alır.Bütün fənləri çox sevən Məhəmməd əlaçı şagirddir.
Məhəmməd müxtəlif tədbirlərdə yaxından iştirak edir.Heydər Əliyev Fondunun 31 dekabr Ümumdünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı “ Buta Palace ” də keçirilən tədbirdə iştirak edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin-əlillərin V Ümumrespublika Bədii Yaradıcılıq baxışı müsabiqəsində fəal iştirakına görə 2010-cu ildə təşəkkürnaməyə layiq görülüb. Azərbaycan Respublikasının prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə 2013-cü ildə Bakı şəhərində “Mən də varam” fərdi qabiliyyət müsabiqəsində I yer diplomu ilə təltif edilib. Nərimanov rayonunda təşkil edilmiş Heydər Əliyev fondunun 10 illiyinə həsr olunmuş, İTV-nin canlı yayınladığı tədbirdə fəal iştirak edib. 10 iyul 2014-cü il tarixdə Azərbaycan Gənclərinin Avropaya İntiqrasiyası Təşkilatının həyata keçirdiyi “ Fəaliyyətdə incəsənət-2” adlı beynəlxalq layihədə fəal iştirakına görə təltif olunub.
Məhəmməd üçün təkrarsız müəllim olan Ramiz Quliyev onu mükafatla təltif edəndə qeyd edib ki: ”Bu uğurları qazandığına görə ilk növbədə Allahına, sonra valideynlərinə, məktəb rəhbərliyinə, xüsusən də Əsab müəllimə, müəllimlərinə və əzmkarlıqla səni gələcəkdə Aftandil Hacıyev kimi görmək istəyən müəllimin Vüsal Qəhrəmanova minnətdar olmalısan.”
Məhəmmədi doğru yola istiqamətləndirən,onunuğurlarına sevinənlərdən ilk müəllimi Şəhla Heydərova və tərbiyəçi Aidə Rzayevanı göstərmək olar.
Məhəmmədin bu illər ərzində qazandığı uğurların yekunu olaraq 2 iyun saat 18:00 da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında solo konserti keçiriləcək. Üzərində əməyi olan müəllimlərini, dostlarını və onu sevən hər kəsi konsertinə dəvət edir
 
https://mektebgushesi.az

Bənzər yazılar