Dərc olunub: 08.06.2017
Mektebgushesi.az moderator.az-a istinadən xəbər verir ki, Göyçay şəhəri 5 saylı orta məktəbin Aytəkin adlı tarix müəlliminin 11 yaşlı şagirdi Aysu Xasməmmədlini döydüyü iddia olunur. Bu barədə döyülən uşağın valideyni Taleh Xasməmmədov məlumat verib.
Valideyn iddia edir ki, hadisə artıq ikinci dəfə təkrarlanır: “3 gün əvvəl 11 yaşlı qızımı Aytəkin adlı tarix müəlliməsi döymüşdü. Yəqin bir də olmaz deyə bu söhbətdən ötüb keçdik. Bu gün isə uşağı lap pis şəkildə döyüb. Başını dəfələrlə partaya vuraraq üz-gözünü qaraldıb, xəsarətlər yetirib. Həmçinin şagirdlərin yanında söyüş və təhqirlərlə qışqıraraq öz üstünlüyünü nümayiş etdirib. Ailə üzvlərimiz bu gün etirazlarını bildirib şikayet edəcəklərini dedikdə müəllimə cavab verib ki, “Hara istəyirsiniz şikayət edin, onsuz da mənim dəlilik kağızım var. İndi uşağı tibbi ekspertizadan keçirmək barədə düşünürük. Deyilənlərə görə, müəllimə uşaqları döyərkən söyüş-təhqirlərlə qışqıraraq edir”.
Taleh Xasməmmədov Moderator.az-a açıqlamasında qeyd edib ki, Göyçay RPŞ-nin TB-si hadisə barədə xəbərdardır və artıq araşdırma başlayıb. Aysu Xasməmmədli təhqiqatçının iştirakı ilə tibbi ekspertizadan keçiriləcək.
Moderator.az olaraq həm adıçəkilən məktəbin və müəllimənin, həmçinin də aidiyyati qurumların məsələyə münasibətini öyrənməyə çalışacağıq.

Bənzər yazılar