Kosmosda pilotsuz bazanın əsasında Asqardiya adlı müstəqil dövlət yaradılacaq.
 
mektebgushesi.az Vladtime.ru-ya istinadən xəbərinə görə, layihənin müəllifi UNESCO-nun Kosmos məsələləri üzrə Komissiyasının prezidenti, Azərbaycan əsilli Rusiya iş adamı, texnika elmləri doktoru İsa Rauf oğlu Aşurbəylidir.
 
O təklif edir ki, orbitə pilotsuz stansiya buraxılmalı, sonradan o, genişləndirilərək yaşayış məhəlləsinə və beynəlxalq qanunlardan asılı olmayan müstəqil dövlətə çevrilməlidir. Asqardiya vətəndaşlığı almaq üçün qeydiyyat saytda aparılır. Artıq 180 min nəfər qeydiyyatdan keçib.
 
Ekspertlər rusiyalı alimin bu ideyasına şübhə ilə yanaşırlar. Ən azı ona görə ki, bunu həyata keçirmək üçün külli miqdarda vəsait lazımdır.

https://mektebgushesi.az

Bənzər yazılar