Aşağıda qeyd olunan təhsil müəssisələri dünyanın ən qədim universitetləri hesab edilməsə də, bu Amerika universitetlərinin hamısının tarixi 1765-ci ildə başlayan Amerika İnqilabından əvvələ təsadüf edir. Aşağıdakı  universitetlərdən 6-sı nüfuzlu İvy Liqasının üzvləridir və hamısı inkişaf və yeniliklərə can ataraq öz tarixi irsini zənginləşdirir.
1. Harvard Universiteti: 1636-cı ildə yaradılıb.
76644286
Massaçusets Ştatında yerləşən Harvard Universiteti “New Collage” adı altında yaradılmışdı. Adı sonradan universitetə öz istəyilə əmlak və 320 cildik kitabxanasını vəsiyyət edən xeyriyyəçi Con Harvardın şərəfinə Harvard Kolleci olaraq dəyişdirilib. Eləcə də Amerikanın ən qədim Universiteti olan Harvard hal hazırda “QS Dünya Universitetləri”-də 2-ci yeri yerin sahibi və dünyanın ən məşhur universitetlərindən biridir. QS Dünya Universitetləri Reytinqində o, incəsənət və humanitar elmləri üzrə 1, həyat və tibb elmləri üzrə Kembric Universiteti ilə birgə 2-ci yerdə qərarlaşıb.
   2. Vilhelm və Mariya Kolleci: 1693-cü ildə yaradılıb.
Rear_view_of_the_Wren_Building,_College_of_William_&_Mary_in_Williamsburg,_Virginia,_USA_(2008-04-23)
Vaxtında hökmranlıq etmiş və universitetə öz kral nizamnaməsini verən Britaniya monarxlarının şərəfinə adlandırılan Vilhelm və Mariya Kolleci Cənubi Amerikanın ən qədim universitetidir. Tomas Cefferson da daxil olmaqla bu universitetdə 3 ABŞ prezidenti təhsil alıb.
      3. Yel Universiteti (Yale University): 1701-ci ildə yaradılıb.
yale_0
Amerikanın ən qədim universitetiləri siyahısında növbəti sırada Yel Universiteti gəlir. Universitet dünya sıralamasında 15-ci yerdədir və ilk dəfə “Tələbə Məktəbi” adı altında yaradılıb. 1718-ci ildə Britaniya-Şərqi Hindistan Şirkəti qubernatoru İliya Yelin şərəfinə Yel Universiteti adlandırılmışdır. Bu universitet yarandığı ilk illərdə nazirləri  müqəddəs dil və ilahiyyat sahələrində hazırlamaq üçün yaradılmışdı, lakin 1777-ci ildən etibarən universitetin tədris planına humanitar elmlər də daxil edildi. Hazırda universitet hüquq və qanuni araşdırmalar üzrə 4, incəsənət və humanitar elmlər üzrə isə 6-cı yeri tutur.
      4. Pensilvaniya Universiteti: 1740-cı ildə yaradılıb.
university_of_pennsylvania_1
ABŞ-ın ən qədim universitetləri arasında  4-cü sırada gələn Pensilvaniya Universiteti (adətən Penn adlandırılır) Benjamin Franklin tərəfindən yaradılmışdır və Amerikada həm bakalavr, həm də magistratura təhsili təklif edən ilk universitet olmuşdur. Penn həmçinin ölkədə müxtəlif fakültələr üzrə çoxistiqamətli tədris verən ilk akademik müəssisələrdən biridir. Penn dünya universitetləri arasında hal hazırda 18-ci sırada gəlir və xüsusilə menecment və hüquq ixtisasları üzrə məşhurdur. Ümumiyyətlə, universitet intensiv araşdırma fəliyyətinə görə güclü nüfuza malikdir.
      5. Moraviya Kolleci: 1742-ci ildə yaradılıb.
moravian_college
Siyahımızdakı növbəti universitet Moraviya Kollecidir. Vifleemdə yerləşən kollecin əsası 1742-ci ildə 16 yaşlı Qrafinya fon Zinzendorf Benigna tərəfindən qoyulub. O, buranı gənc qızlar üçün ilk internat məktəbi olan Vifleemdə Qızlar Seminariyası adı altında yaratmışdı. Kollec elə bir böyük nüfuz qazandı ki, Corc Vaşinqton şəxsən özü iki bacısı qızının kollecə qəbulu üçün direktora müraciət etmişdi. Moraviya Qadın Seminariyası 1863-cü ildən etibarən bakalavr dərəcəsi üzrə tədris verməyə başladı. 1954-cü ildən etibarən isə kollecdə hər iki cinsin nümayəndələri təhsil ala bilərdi.
       6. Delaver Universiteti: 1743-cü ildə yaradılıb.
UDigital_206_DuPontHall1-scr
Nyuarkda yerləşən Delaver (UD) universiteti, ilkin olaraq “Azad Məktəb” kimi yaradılıb və dəfələrlə adı və yerləşdiyi ünvan dəyişdirilib. Delavare 1776-cı ilə qədər Pensilvaniya koloniyasının bir hissəsi olduğundan, universitet Pensilvaniya Universiteti ilə rəqabətin qarşısını almaq üçün nizamnaməni rədd etdi. Bura müstəmləkə kolleci hesab edilmir, çünki Amerika İnqilabından sonra, 1833-cü ilə qədər rəsmi nizamnaməli ali təhsil müsəssisə deyildi, lakin bununla belə, Delaver Universiteti öz uzun taxirli yüksək keyfiyyətli təhsili ilə seçilir və hazırda QS Dünya Universitetləri Siyahısında 421-430-cu yerlərdə gəlir.
       7. Prinston Universiteti: 1746-cı ildə yaradılıb.
Princeton-University
İlkin olaraq nazirlərin hazırlanması və təhsil alması üçün Presviterianlar tərəfindən Nyu-Cersi Kolleci kimi təsis edilən Prinston Universiteti tarixi 1756-ci ilə təsadüf edən və ən qədim binası olan Nassau Hal kimi zəngin tarixi irsini qoruyub saxlamışdır.
Kontinental Konqresin keçirildiyi Nassau Hal texniki olaraq, 1783-cü ildə 4 ay müddətində ABŞ-ın müvəqqəti paytaxtı idi. Prinston hal hazırda dünya universitetləri arasında 11-ci, incəsənət və humanitar fənlər üzrə 7, iqtisadi və beynəlxalq sahələr üzrə isə 2-ci yeri tutur.
        8. Vaşinqton və Li Universiteti: 1749-cu ildə yaradılıb.
washington_and_lee_university
Vaşinqton və Li Universiteti Virciniyada yerləşən özəl liberal incəsənət universitetidir. Onun ilk böyük xeyriyyəçisi Corc Vaşinqtondur. O, universitetə 20,000 min ABŞ dolları bağışlamışdır və bu, dövrünə görə Amerikada təhsil müəssisəsinə verilən ən böyük hədiyyə hesab olunur. Əvvəllər həm Avqust Akademiyası və Azadlıq Universiteti adlanan bu müəssisə 1865-ci ildən ömrünün sonunadək universitetin prezidenti olmuş General Robert E. Linin şərəfinə 1870-ci ildə Vaşinqton və Li Universiteti adlandırılmışdır.
       9. Kolumbiya Universiteti: 1754-cü ildə yaradılıb.
columbia
Nyu-yorkda yerləşən Kolumbiya Universiteti 1754-cü ildə Britaiya Kralı II Corc tərəfindən Kral Kolleci kimi təsis edilmişdi. 1784-cü ildə isə ABŞ-ın müstəqillik qazanması ilə Kolumbiya Universiteti adlandırılmışdır. Bu il 22-ci sırada yer tutan Kolumbiya Universitetin Amerikanın ən nüfuzlu universiteti hesab olunur. Incəsənət və humanitar elmlər üzrə 8, ingilis dili və ədəbiyyatı üzrə isə 7-ci sırada qərarlaşıb.
      10. Braun Universiteti: 1764-cü ildə yaradılıb.
brown-university_zps6c06843d
Siyahımızda ən cavan universitet olan Braun Univeristeti hal hazırda dünya universitetləri sırasında 49-cu sırada gəlir və ilkin olaraq, Rod-aylend Kolleci kimi təsis edilmişdi. Braun Amerikada dinindən asılı olmayaq tələbə qəbul edən ilk universitet olmuşdur. 1847-ci ildə yaradılan mühəndislik proqramı isə İvy Liqası çərçivəsində ilk idi. 1804-cü ildə görkəmli iş adamı, xeyriyyəçi və universitetin məzunu Nikolas Braunun şərəfinə indiki adını almışdır. O, universitetə 5000 dollar dəyərində ianə bağışlamışdır. Braun Universiteti 250 il ərzində hörmətli məzunları, 7 Nobel Mükafatı qalibləri, 57 Rouds alimi və 8 milyard məzunu ilə böyük nüfuz qazanmışdır.
 

Bənzər yazılar