Son illər müasir texnologiyalar sürətlə inkişaf edir və bu gün robotlar insanları daim müşayiət edir. Süni intellekt kimi texnologiyaların meydana çıxması nəticəsində öyrənə, düşünə və qərarlar qəbul edə bilən robotlarla rastlaşırıq. Əlbəttə ki, bunlar yalnız insanın rahatlığı üçün yaradılmış alətlərdir. Lakin robotlar insan kimi düşündükdə və hiss etdikdə nə baş verəcək?
mektebgushesi.az “popmech.ru” saytına istinadla xəbər verir ki, çinli dizayner və tədqiqatçı Yuysi Lyu çimərlikdə gəzərək və şeir yazaraq həyatdan zövq alan, süni intellektə malik avtonom robot hazırlayıb. “Poet on the shore” robotu onu əhatə edən dünyanı “hiss etməyə” imkan verən bir neçə sensorla təchiz olunub. Robot “gördüyü”nü və “eşitdiyi”ni şeirlərə çevirərək qum üzərində yazır.
Dizayner bildirib ki, robot dənizə baxmağı, dalğaların səsi, küləyin xışıltısı və uşaqların danışıqlarını dinləməyi sevir. Bəzən qum üzərində şeir yazır və sahilboyu dalğaların onu necə yuyub apardığını müşahidə edir.
https://mektebgushesi.az

Bənzər yazılar