Azərbaycan Xalq Cümhuriyyətinin xaricə oxumağa öndərdiyi 100 tələbədən biri, Nəsib bəy Yusifbəylinin xalası oğlu İsmayıl Saryalın “Bakı rüzgarı” kitabının təqdimatında araşdırmaçı-alim Ədalət Tahirzadə maraqlı faktlar səsləndirib.
mektebgushesi.az Moderator.az-a istinadən  xəbər verir ki, Cümhuriyyət dövrünü araşdıran alim Almaniyaya göndərilən tələbələr haqqında bir neçə faktı qeyd edib:
“AXC hökumətinin xaricdə təhsil almağa göndərdiyi 100 tələbənin böyük əksəriyyəti- 64 nəfəri Almaniyada təhsil aldı. Məhəmməd Əmin Rəsulzadə onları Sabunçu vağzalından yola salarkən demişdi ki, bura əcnəbi gəlinlərlə dönməyin. Amma onların demək olar ki, hamısı alman qızları ilə ailə həyatı qurdular.  1937-ci ilin istintaq materialları ilə tanış olarkən gördüm ki, ölkədəkilər, daha doğrusu, sovetin idarəçiliyi altında  təhsil alanlar məharətlə istintaqçıların suallarından yayınsalar, yalan danışmağı bacarsalar da, xüsusən, Almaniyada təhsil alıb qayıdanlar bunu edə bilməyiblər. Onlar dürüst olublar, verilən sualları olduğu kimi cavablandırıblar. Yəqin ki, bu alman mühiti ilə bağlı olub. Məsələn, sovet quruluşunda oxuyana sual verirdilər ki, sən filan partiyanın üzvü olmusan, and içirdi ki, yox. Amma təbii ki, ora ilə əlaqələri olub. Lakin Almaniyada oxuyanlarda bu cəhət yox idi. Onlar ancaq doğruu deyirdilər. Elə “Bakı rüzgarı” kitabında da bunu aydın görmək olar. İsmayıl Saryal o kitabı yazarkən ailəli idi. Amma vaxtıkən yaşadığı sevgiləri açıq-aydın kitabda yazıb”.

Bənzər yazılar