Dərc olunub: 24.06.2017

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və Təhsil İnstitutununTəhsil Texnologiyaları Mərkəzi tərəfindən “Qeyri-ənənəvi rəsmçəkmə texnikaları” mövzusunda təlim kursları keçirilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, təlim kursları ümumi təhsil məktəblərinin müəllimləri, məktəbəqədər müəssisələrdə çalışan tərbiyəçilər, həmçinin tələbələr və gələcəkdə pedaqoq olmaq istəyən şəxslər üçün təşkil edilib.
Kursların keçirilməsində məqsəd qeyri-ənənəvi üsullarla rəsmlərin çəkilməsinə marağı artırmaq, təhsil müəssisələrində bu işi geniş yaymaqddır.
Təlimlərdə nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların formalaşdırılması istiqamətində də işlər aparılır.
Sonda yekun qiymətləndirmədə iştirak edən müəllim və tərbiyəçilərə dövlət nümunəli ixtisasartırma sertifikatları veriləcək.
 
https://mektebgushesi.az

Bənzər yazılar