Dünya çapında  yaxşı tanınan Şimali Kiprin  Yaxın Doğu Universitetində bakalavr pilləsində təhsil alan  tələbələrin buraxılış mərasimi keçirilib.
Moderator.az xəbər verir ki, azərbaycanlı tələbə Günay İmanova universitetdə bölüm birincisi olub və qızıl medala layiq görülüb. Məzunun Yaxın Doğu Universitetində çalışması təklif olunub.
Qürurverici hadisələrdən biri də  bu il digər bir azərbaycanlı tələbənin Türkiyədə birinci yerə layiq görülməsidir. İstambulun tanınmış universitetlərindən birinin məzunu Günay Musayeva universitet birincisi olub.
Dünya çapında tanınan alim, professor Rafiq Əliyev gənclərin uğurunu bu cür dəyərləndirib: “Belə azərbaycanlı gənclər millətimizə başucalığı gətirir. Belə gəncləri olan xalqın sabahı aydındır”.

Bənzər yazılar