Çin Xalq Respublikasının Şandon əyalətinin Tzinan şəhərində Bir kəmərbir yol” strategiyası çərçivəsində “ Şandon əyalətinin və 5 Mərkəzi Asiya ölkəsinin aqrotexniki əməkadşlığı üzrə Forumu”nda Azərbaycan Dövlət Aqrar Universiteti ilə bu əyalətin Kənd Təsərrüfatı Elmləri Akademiyası arasında anlaşma memorandumu imzalanıb.
ADAU-nun mətbuat xidmətindən bildirilib ki, memorandumu Akademiyanın Prezidenti Van Şubo və Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru, dosent Anar Hətəmov imzalayıb. Memorandum birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, tədqiqatçıların təcrübəyə göndərilməsi, təcrübə mübadiləsini nəzərdə tutub.
1903-cü ildə əsası qoyulan Şandon Kənd Təsərrüfatı Elmləri Akademiyası özündə 16 idarəetmə bölməsini, 22 elmi-tədqiqat institutunu, 18 akademik bölməni və 1 post doktorantura stansiyasınıözündə birləşdirib.
Şandon əyalətinin əhalisinin sayı (2015) 98 milyon 470 min nəfər olmaqla ölkənin 2-ci böyük əyalətidir. Ümumi daxili məhsul istehsalına görə 3-cü, kənd təsərrüfatının ümumi məhsuluna görə 1-ci yerdə olan inzibati ərazi vahididir.
Səfər çərçivəsində A.Hətəmov Akademiyanın, o cümlədən İpəkçilik elmi-tədqiqat institutunun maddi-texniki bazası ilə yaxından tanış olub, “Azərbaycanda kənd təsərrüfatının inkişaf meyilləri” mövzusunda təqdimatla çıxış edib, televiziyaya müsahibə verib.
 
mektebgushesi
 

Bənzər yazılar