Anhoy Universitetinin nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə rektor, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən, o cümlədən Çin Xalq Respublikasının universitetləri ilə qurulan əməkdaşlıqdan danışıb.
BDU-da Çin dili və ədəbiyyatının tədris olunduğunu vurğulayan rektor Konfutsi İnstitutunun fəaliyyəti barədə məlumat verib, görüşün əməkdaşlıq əlaqələrinin genişlənməsinə təkan verəcəyini bildirib.
 
mektebgushesi.az

Bənzər yazılar