Qərb Universiteti Türkiyənin İstinye Universiteti ilə əməkdaşlıq edəcək.
Türkiyənin İstinye Universitetinin rektor köməkçisi Göksel Aşan, Beynəlxalq Proqramlar direktoru İsmail Çiftçi və İnsan Resursları Departamentinin direktoru Eda Usta dünən Qərb Universitetində olublar. Tərəflər arasında əməkdaşlığın perspektivləri nəzərdən keçirilib və birgə mübadilə proqramlarının həyata keçirilməsi barədə ilkin razılıq əldə olunub.
Qeyd edək ki, universitetlər arasında müəllim və tələbə mübadiləsi, təcrübə mübadiləsi həyata keçiriləcək.
Məlumat üçün bildirək ki, Qərb Universitetinin beynəlxalq əməkdaşlıq şəbəkəsi dünyanın 200-dən artıq elm və təhsil müəssisəsini əhatə edir. Universitetin beynəlxalq fəaliyyətinə birgə və ya ikitərəfli əməkdaşlıq sahəsində bakalavr və magistr kursları, müqavilələrin artikulyasiyası və inkişafı, Erasmus+, Mövlanə və s. kimi tələbə mübadilə proqramları daxildir.
mektebgushesi
 

Bənzər yazılar