Mektebgushesi

Hərbi xidmətdən möhlət hüququ veriləndən sonra magistraturaya qəbul sayında böyük dəyişiklik olub

“Əgər ötən il magistratura pilləsinə qəbul olanların sayı 4700-dən az idisə, bu il 6200-dən çox olub”. mektebgushesi.az -ın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, bu, qanunvericiliyə edilmiş müvafiq dəyişiklikdən sonra magistr pilləsində təhsil almaq istəyən oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsindən sonra baş verib.

Lisey və gimnaziyalara qəbul olmayan uşaqlar digər məktəblərə yerləşdiriləcək

Lisey və gimnaziyalara qəbul olmayan uşaqlar qonşuluqdakı ərazidə yerləşən digər məktəblərə yerləşdiriləcək. mektebgushesi.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva iyunun 29-da jurnalistlərə açıqlamasında deyib. Bir çox məktəblərdə qəbul prosesinin bitdiyini xatırladan M.Vəliyeva qeyd edib ki, bəzi valideynlər üstünlüyü lisey və ya gimnaziyalara veriblər. O deyib: “Əgər həmin valideynlərin uşaqları imtahandan […]

Azərbaycan məktəbliləri Beynəlxalq olimpiadada medallar qazanıblar

Bu il iyunun 24-dən 29-dək Bolqarıstanın Varna şəhərində yeniyetmələrin 21-ci Beynəlxalq Balkan Riyaziyyat Olimpiadası keçirilib. Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, olimpiadaya Bolqarıstan, Rumıniya, Serbiya, Yunanıstan və digər Balkan ölkələri ilə yanaşı, Azərbaycan, Fransa, Qazaxıstan, Səudiyyə Ərəbistanı və daha bir çox ölkənin şagirdləri qatılıblar. Bu elm yarışında respublikamızı 6 şagird təmsil edib. “İstək” liseyinin IX sinif şagirdi […]

Məhəbbət Vəliyeva: "Məktəbəhazırlıq qruplarında ərazi prinsipinin tədbiq edilməsi yeni tədris ili üçün mümkün olmayacaq"

“Ötən tədris ilindən fərqli olaraq bu il məktəbəhazırlıq qruplarına 2012-ci ildə doğulan uşaqların 65 faizi cəlb olunacaq. Ötən tədris ilində bu rəqəm 55 faiz idi. Əlavə olan 10 faizi daha çox Bakı ətrafı qəsəbələrə yönəldəcəyik”. mektebgushesi.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib. O bildirib ki, əsas üstünlük […]

Kamran İmanov: "Kitab satışı sahəsində piratçılıq 61%-dən 29%-ə düşüb"

Müəllif Hüquqları Agentliyində 1996-cı ildən 2017-ci ilin birinci rübünədək 10 989 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən son vaxtlar Agentliyin “Elektron xidmət” bölməsi vasitəsi ilə 81 müəllifin 152 əsəri qeydiyyatdan keçirilib. “Report” xəbər verir ki, bunu Agentliyin sədri Kamran İmanov deyib. Onun sözlərinə görə, aidiyyəti dövlət qurumları ilə birlikdə keçirilən müvafiq tədbirlər nəticəsində 2005-ci […]

Mikayıl Cabbarov: "Hər bir universitet daxilində yeni idarəetmə strukturları yaradılır"

   “Hər bir universitet daxilində yeni idarəetmə strukturları yaradılır”. mektebgushesi.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, universitetlərin daxili strukturları təkmilləşdirilir: “Hər bir universitet daxilində yeni idarəetmə strukturları yaradılır. Bütün bu proseslərin əsas məqsədi təhsil sistemini inkişaf etdirməkdir. Bu idarəetmə ölkə daxilində və regional səviyyədə rəqabət apara bilən universitetlərin yaradılmasına, burada […]

Orta məktəblərdə şagirdlərin qiymətləndirilməsi formasına dəyişiklik ediləcək

“Bir neçə il bundan əvvəl məktəblərdə formativ qiymətləndirmənin ləğvi bürokratik əngəlləri aradan qaldırmış oldu. Çünki formativ qiymət jurnalları vaxtı ilə müəllimlərə baş ağrısı yaradan alət kimi qəbul edilirdi”. “Report” xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Emin Əmrullayev deyib. Onun sözlərinə görə, bu gün hələ də summativ qiymətləndirmə ilə bağlı bir sıra problem var: “Bu […]

Təhsil İdarəsinin müdiri: "Bəzi məktəblərdə vəziyyət gərgindir"

  “Bu gün Bakıdakı məktəblərdə şagird sıxlığı problemi hələ də qalır. Bu da ərazidə əhali məskunlaşmasının sıxlığı ilə əlaqəlidir. Sentyabr ayına qədər 8 məktəbdə təmir işləri yekunlaşmalıdır”. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib. Onun sözlərinə görə, 179 nömrəli məktəbdə şagird sıxlığı hələ də davam edir: […]

Sabir Rüstəmxanlı-"Rus dili dövlət dili olsun?"

Dəyərli Saleh bəy! Mənə cavabını yolda – rayona gedərkən oxudum, lakin internet sıxıntılarına görə cavab yaza bilmədim. Biz bir-birimizi yaxşı tanıyırıq, hətta deyərdim, köhnə əqidə dostlarıyıq, millətimiz üçün çətin günlərdə yan-yana dayanmışıq; ölkədə bir çox yeniliklərin təməlini qoymuşuq. Buna görə də ilk baxışda fikir ayrılığımız olmamalıdır, lakin əgər belə bir ayrılıq varsa, diqqətlə incələnməli, bu […]

ABŞ-da universitetdə partlayış baş verib, yaralananlar var

ABŞ-ın Mürrey şəhərində (Kentukki ştatı) “Murray State University” universitetində baş verən partlayış nəticəsində 2 nəfər xəsarət alıb.   APA-nın “Foxnews”-a istinadən verdiyi xəbərə görə, insident təhsil ocağının yataqxanasında baş verib.   Məlumata əsasən, bir nəfərə hadisə yerində tibbi yardım göstərilib, daha bir nəfər xəstəxanaya yerləşdirilib. İlkin versiyaya görə, partlayışa qaz sızması səbəb olub. mektebgushesi.az

ADNSU-nun rektoru Fransanın Valenciennes universitetinin rektoru ilə görüşüb

  İyunun 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Fransanın Valenciennes Universitetinin rektoru pr. Abdelhakim Artiba, universitetin beynəlxalq əməkdaşlıq üzrə vitse-prezidenti pr. Sebastien Grondel və universitetin mədəniyyət və incəsənət üzrə vitse-prezidenti Arnaud Huftier ilə görüşüb.  Beynəlxalq əlaqələrin və birgə əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə bu istiqamətdə əməkdaşlıq oluna biləcək sahələr […]

DİM: Bu ilin sonuncu buraxılış imtahanında 60 minə yaxın şagird iştirak edəcək

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 30-da Bakı şəhərində yerləşən xüsusi təyinatlı orta məktəblərin və Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Qəbələ, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul,Ağdam, Yevlax, Bərdə, Tərtər, Ağsu, Zərdab, Şamaxı, Qobustan, Kürdəmir, Qusar, Qubada yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə ) şagirdlər […]

Prezident göndərən kompüterlərə baxın… – Gözlənilməz

Türkmənistanda yeni tədris ilində orta məktəblər üçün 142 min 819 kompüter alınıb. Teleqraf.com-un türkmən mediasına istinadla verdiyi xəbərə görə, bu barədə baş nazirin elm, təhsil, səhiyyə və idman üzrə müavini Sapardurdu Toyliyev çıxışında bildirib. Kompüterlər prezident Qurbanqulu Berdiməhəmmədovun adından 1-ci sinif şagirdlərinə hədiyyə olaraq paylanacaq. Məsələ burasındadır ki, bunlar əsl kompüter yox, oyuncaq noutbuklardır. mektebgushesi.az

Azərbaycan alimi etnik müxtəliflik məsələlərinə həsr olunmuş beynəlxalq konfransa qatılıb

Dağıstan Dövlət Universitetində “Rusiyanın etnik müxtəlifliyi və birliyi: fəlsəfə və praktika” mövzusunda Ümumrusiya elmi konfransı keçirilib. Konfrans Dağıstan Respublikasının Milli Siyasət Nazirliyi, Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutu və Rusiya Fəlsəfə Cəmiyyətinin Dağıstan bölməsi tərəfindən təşkil edilib. Rusiyanın müxtəlif subyektlərini təmsil edən alimlər, ictimai və dövlət xadimləri “dəyirmi masa” arxasında yüzdən çox məruzə və çıxış dinləyiblər. […]

Xarici media Qərb Universitetinin imtahan modelləri barədə yazıb

  Türkiyənin www.gazetekazan.com saytı Qərb Universitetinin imtahan modelləri barədə yazıb. “Azərbaycanın bu universiteti unikal imtahan formalarından istifadə edir” sərövhələri yazıda Qərb Universitetinin tətbiq etdiyi imtahan modelləri şərh olunur, eyni zamanda universitet barədə oxuculara məlumatlar verilir. Materialda bildirilir ki, mövcud imtahan formaları ilə yanaşı (test üsulu, şifahi imtahan, baxış imtahanı, açıq suallar), yeni imtahan modellərinə “Açıq […]