Mektebgushesi

ADAU İLƏ ÇİNİN ŞANDON KƏND TƏSƏRRÜFATI ELMLƏRİ AKADEMİYASI ARASINDA MEMORANDUM İMZALANIB

Çin Xalq Respublikasının Şandon əyalətinin Tzinan şəhərində “Bir kəmər–bir yol” strategiyası çərçivəsində “ Şandon əyalətinin və 5 Mərkəzi Asiya ölkəsinin aqrotexniki əməkadşlığı üzrə Forumu”nda Azərbaycan Dövlət Aqrar Universiteti ilə bu əyalətin Kənd Təsərrüfatı Elmləri Akademiyası arasında anlaşma memorandumu imzalanıb. ADAU-nun mətbuat xidmətindən bildirilib ki, memorandumu Akademiyanın Prezidenti Van Şubo və Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru, dosent Anar Hətəmov imzalayıb. Memorandum […]

Fransanın Valenciennes Universitetinin rektoru: “UNEC çox yaxşı universitetdir”

Fransanın Valenciennes Universitetinin prezidenti, professor Abdelhakim Artibanın rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub. Qonaqlara UNEC barədə məlumat verən rektor, professor Ədalət Muradov bildirib ki, 20 minə yaxın tələbəsi olan ali təhsil ocağı Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universitetidir. QS-in İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya Universitetlərinin reytinqində iqtisadyönümlü 4-cü universiteti olan UNEC, regionun ən […]

Bu gün məktəblilər üçün sonuncu buraxılış imtahanı keçirilir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Bakı şəhərində yerləşən xüsusi təyinatlı orta məktəblərin və Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Qəbələ, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, Ağdam, Yevlax, Bərdə, Tərtər, Ağsu, Zərdab, Şamaxı, Qobustan, Kürdəmir, Qusar, Qubada yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə ) şagirdlər […]

Azərbaycan və Fransanın universitetləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Texniki Universitetinin (AzTU) rektor əvəzi Xalıq Yahudov Fransanın Valenciennes Universitetinin prezidenti, professor Abdelhakim Artibanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə AZƏRTAC-a AzTU-dan məlumat verilib. Görüşdə AzTU-nun rektor əvəzi Xalıq Yahudov Fransanın Valenciennes Universiteti ilə əməkdaşlığa maraqlı olduqlarını bildirib. Qonaqlara universitet haqqında ətraflı məlumat verən rektor əvəzi ölkəmizdə sənayenin inkişaf etdirilməsi üçün görülən işlərdən […]

Anhoy Universitetinin nümayəndə heyəti Bakı Dövlət Universitetində

Anhoy Universitetinin nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub. BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə rektor, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən, o cümlədən Çin Xalq Respublikasının universitetləri ilə qurulan əməkdaşlıqdan danışıb. BDU-da Çin dili və ədəbiyyatının tədris olunduğunu vurğulayan rektor Konfutsi İnstitutunun fəaliyyəti barədə məlumat verib, görüşün əməkdaşlıq əlaqələrinin genişlənməsinə təkan verəcəyini […]

Kamal Abdulla: Biz istərdik ki, Fransada da Azərbaycanı öyrənən mərkəz olsun

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Fransanın Valensyen Universitetinin vitse-prezidenti Arnaud Huftierlə görüşüb. ADU-dan AZƏRTAC-a bildirilib ki, rektor universitetdə fəaliyyət göstərən Fransa mərkəzlərinin bu ölkənin universitetləri ilə əlaqələrinin möhkəmlənəcəyinə əminliyini ifadə edib: “Ümid edirəm ki, Azərbaycanda frankofonların sayı artacaq”. Rektor K.Abdulla Fransa səfirini “Səfir saatı”nda mühazirə oxumağa dəvət edib. Rektor ADU-nun Fransa universitetləri ilə […]

DİM magistraturaya qəbul olan bakalavrlara müraciət edib

Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul olan bakalavrlara müraciət edib. DİM-dən verilən məlumata görə, ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olan bakalavrlar 2017-ci il iyunun 29-dan iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Bakalavrlar qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər […]

Azərbaycan alimlərinin məqaləsi Çində keçirilən beynəlxalq konfransın materiallarına daxil edilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və institutun sektor müdiri Oqtay Ələkbərovun “Mobil hesablama buludlarında “cloudletlər”in optimal yerləşdirilməsi modeli” məqaləsi IEEE nəşriyyatının Çində “Cloud Computing and Big Data Analysis” (ICCCBDA – 2017) mövzusunda keçirilən beynəlxalq konfransın materiallarına daxil edilib. İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalədə mobil […]

TQDK-nın kecmiş mətbuat katibi rəsmi axtarışa verildi

Ləğv olunmuş TQDK-nın mətbuat katibi Elnur Nağızadənin axtarış dosyesi Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) saytında yerləşdirilib. mektebgushesi.az APA-ya istinadən xəbər verir ki, axtarış dosyesində  1981-ci il təvəllüdlü Nağızadə Elnur Qəhrəman oğlu barəsində  Cinayət Məcəlləsinin 178.3.2-ci 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə axtarış elan edildiyi qeyd olunub.  

6 tələbəni öldürən sürücü: "Ölüm hökmünə də razıyam"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. “Report”un məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin nümayəndəsi Xatirə Nəsibova bildirib ki, təqsirləndirilən şəxsi müdafiə edən vəkilin əleyhinə görə Vəkillər Kollegiyasına müraciət edib. O deyib ki, Vəkillər Kollegiyası […]

ADU-da “Azərbaycan və Çinin qabaqcıl gəncləri”…Fotolar

İyunun 29-da Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin Kommunist Partiyasının yaranması gününə həsr olunmuş “Azərbaycan və Çinin qabaqcıl gəncləri” adlı tədbir keçirilib. Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Çin Kommunist Partiyasının rəhbərlik etdiyi, qabaqcıl gənclərin kütləvi təşkilatı olan Çin Gənclər İttifaqının fəaliyyəti haqqında danışıb. O,Çin gənclərinin […]

Gəncə Dövlət Universitetində mübadilə proqramlarına qoşulan müəllim və tələbələrin sayı artıb

  Son üç ildə Gəncə Dövlət Universitetinindən akademik mübadilə proqramlarına qoşulan, eləcə də beynəlxalq təlim və təkmilləşdirmə kurslarında iştirak edən müəllim və tələbələrin sayı artıb. Gəncə Dövlət Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov bildirib ki, müasir dövrdə hər bir ali məktəbin inkişafında əsas göstəricilərdən olan akademik mobillik prinsipi ilk növbədə ali məktəb tələbələri, daha […]

Qərb Universitetində abituriyentlər üçün psixoloji seminar keçirilib

  Bu gün Qərb Universitetində “Abituriyentlərin imtahana psixoloji hazırlığı” mövzusunda seminar keçirilib. Tədbirdə Türkiyənin İstinye Universitetinin İnsan Resursları direktoru Eda Ustanın, İstinye Universitetinin rektor yardımçısı Göksel Aşanın, “Loqos” Psixoloji və Nitq Mərkəzinin direktoru Təranə Məmmədovanın, “Üstün zəkalılar” İnkişaf və Psixologiya Mərkəzinin direktoru Aynur Akmeşenin və Eros Psixologiya Mərkəzinin direktoru Vəfa Əkbərin çıxışları dinlənilib. Seminarda tanınmış […]

Gəncə Dövlət Universiteti ilə İstanbul Universiteti birgə layihələrdə iştirak edəcək

  Gəncə Dövlət Universiteti ilə Türkiyə Respublikasının ən böyük elm-təhsil müəssisələrindən olan İstanbul Universiteti birgə layihələrdə iştirak edəcək. Gəncə Dövlət Universitetindən bildirilib ki, hər iki universitet arasında icra ediləcək layihələr ali məktəblər arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən həyata keçiriləcək. Məlumat verilib ki, 2016-cı ilin 23 oktyabrında İstanbul Universitetin rektoru, professor Mahmut Ak və Mühəndislik fakültəsinin […]

Şair Əli Kərimin həyat yoldaşı Prezidentə müraciət etdi

  Müraciətdə Göyçay Şəhərindəki Əli Kərim parkının dağıdılmasına etiraz edilir. Məktub müəllifi şair Əli Kərimin 1969-cu ildə doğulduğu Göyçayda, Boz dağın ətəyində dəfn edilərkən orada qanqallıqdan başqa bir şey olmadığını bildirir və yalnız Ümummilli lider Heydər Əliyevin birinci hakimiyyəti dövründə onun qəbrinin üstünün götürüldüyünü, qəbrin ətrafında park salındığını, parka şairin adı verildiyini qeyd edir. Daha […]