Dərc olunub: 03.07.2017

Əgər bankda çalışanların arzularının siyahısını tutmaq istəsəniz çəkinmədən lap əvvəldə bu məktəblərin adlarını yaza bilərsiniz. Dünyanın ən yaxşı biznes məktəbləri və universitetlərində təhsil almaq istənilən normal maliyyəçilərin və menecerlərin arzusudur. Doğrudur, həmin məktəblərin qapılarını açmaq üçün böyük məbləğdə təhsil haqqı tələb olunur. Amma əvvəla, qazanılan təhsil ömürlük yüksək əmək haqqına zəmanət verir, üstəlik universitetlərin sinanmış keyfiyyət brendi sayəsində məzunların üzünə bütün qapılar açılır. Dünyanın ən yaxşı biznes məktəblərinin siyahısını təqdim edirik.

1. “Harvard Biznes Məktəbi” 

Biznes Məktəblərinin beynəlxalq renkingi olan “Finansial Times MBA Ranking”inə əsasən, bu il və ondan əvvəlki iki il liderliyi heç vaxt əlindən verməyən biznes məktəbi “Harvard Biznes Məktəbi”dir. Amerika Birləşmiş Ştatlarında yerləşən bu məktəb 2013-cü ildə biznes məktəblərinin audit yoxlaması zamanı ən yaxşı biznes məktəbi seçilib. Dünyanın ən yaxşı biznes məktəblərini seçən bu proqramın əsas kriteriyaları məktəbin sahib olduğu keyfiyyətlərlə bərabər, tələbələrin məzun olduqları sonra əldə edəcəkləri uğurlar da vacibdir. Məzunların kariyera uğurlarındakı ən əsas nüans onların alacaqları məvacibdir. Bu universitetin məzunları təxminən 3 illik stajla birlikdə 180 min dollar ətrafında maaş ala bilirlər. Biznes sahəsində sahib ola biləcəyiniz tam təhsili verə bilən məktəbdə həm qadınlar, həm də kişilər təhsil alırlar. Fakültələrin 25%-i qadınların oxuduğu fakültələrdir. Tələbələrin 41%-i isə qadınlardır. İdarəçiliyin 50%-i qadınlardan ibarətdir. Məktəbdə həm bakalavr, magistr, həm də doktora təhsili almaq olar. Əsas təhsil proqramları isə maliyyə və menecment və sahibkarlırlıqdır.
2. “Stanford Biznes İdarəçiliyi Məktəbi”
Ən yaxşı biznesməktəbləri arasında seçilənlərdən biri də “Stanford Biznes İdarəçiliyi Məktəbi”dir (Stanford Graduate School of Business). Məktəb Amerika Birləşmiş Ştatlarında yerləşir. Məzunlar 3 ildən sonra 170 min dollar ətrafında məvacib qazana bilərlər. İdarəçiliyin 28%-i qadınlardan təşkil olunan məktəbin, 21%-i qadınların oxuduqları fakültələrdir, tələbələrin 42%-i isə biznes sahəsində karieya qurmaq istəyən qadınlardır. MBA proqramı ilə təhsil alan tələbələr məktəbdə bizneslə yanaşı başqa sahələrdə də təhsil ala bilərlər. MBA proqramına xas olan menecment, maliyyəni burda oyrənmək mümkündür.
3. “Vartan Pensilvaniya Universiteti”
“Vartan Pensilvaniya Universiteti” (Wharton University of Pennsylvania) məşhur biznes universitetidir. Bu məktəb də Amerika Birləşmiş Ştatlarında yaradılıb. Məzunlarına 170 min dollar məvacib qarantiyası verən universitetdə xarici tələbələr də az deyil. Fakültələrin 37%-i beynəlxalq tələbələrin fakültələridir. Tələbələrin isə 32%-i xaricilərdir. İdarəçiliyin 13%-i qadınlardan təşkil olunub, tələbələrin isə 40%-i qadınlardır. MBA proqramı ilə doktora proqramları da hər il 100%-lik tələbə balansı doldura bilir. MBA proqramı ilə təhsil verən universitetlər kimi bu təhsil mərkəzi də yeni ixtsaslar üzrə güclü mütəxəssislər yetişdirir.
4. “Hindistan İdarəçilik Universiteti”
“Hindistan İdarəçilik Universiteti” (Indian Institute of Management, Ahmedabad). Əhmədabadda yerləşən bu universitet adından da göründüyü kimi biznes sahəsində idarəçilik üzrə ad çıxarıb. Asiyanın bu məşhur universiteti beynəlxalq renkingdə də ön sıralarda yer tutub. Məzunlarına 165-169 min dollar qazanc vəd edən bu universitet xaricilərə də yer versə də, daha çox ölkədaxili tələbələrə üstünlük verir. Qadın tələbələri isə ümumi tələbələrin sadəcə 15%-ini təşkil edir. Qadınların təhsil aldıqları fakültələr 18%-dir. İdarəçiliyin də 10%-i qadınlardan barətdir. Bunlarla yanaşı, bu unversitet regionda ən yaxşı biznes təhsili verən, bu sahədə ixtisaslaşmış universitetdir.
5. “Insead” biznes məktəbi

“Insead” biznes məktəbi, dünyanın biznes məktəbi adlandırılan bu təhsil ocağı iki Kampusdan ibarətdir, biri Fransada digəri isə Sinqapurda. Olduqca byük reytinqə malik olan bu məktəb sırf xarici tələbələr üçün nəzərdə tutulub. Beləki, fakültələrn 90%-i xarici tələbələr üçün nəzərdə tutulub. Elə Təhsil alanların da 94%-i xarici tələbələrdir. Buna uyğun olaraq idarəçiliyin 85%-i də xaricilərdən təşkil olunub. Magistr təhsili ilə yanaşı bura gələnlər əsasən doktorantura təhsili almaq üçün gəlirlər. Hər il 97%-lik hesabatla doktorantura uğurlu məzunlar yetişdirir. Məvacb vədi isə 155 mn dollardır. Təhsil verdiyi sahələr MBA, EMBA, Maliyyə sahəsində magistr, Menecment sahəsində magistr, onlayn MBA proqramlarıdır.
6. “Kolumbia Biznes Məktəbi”
“Kolumbia Biznes Məktəbi” (Columbia Business School). Beynəlxalq renkingdə ilk 10-luğa düşə bilən bu məktəb öz sahəsində çox məşhurdur. İlk 10-luğa düşən bir çox biznes məktəbi kimi bu təhsil ocağı da ABŞ-da yerləşir. Məzunlarına bir neçə ildən sonra 170 min dollar qazanc vəd edir. Beynəlxalq tələbələrlə, yerli tələbələr arasındakı balansı qoruyan məktəbdə həm xaricilər, həm də amerikalılar təhsil alırlar. Göstəriciləri yüksək olan məktəbə tələbatın yüksək olmasına səbəb məzunlarının tezliklə iş sahibi olmasıdır. Doktorantura təhsili verə bilən universitet hər il 96%-lik doktora tələbələri ilə hesabatı doldurur.
7. “Iese Biznes Məktəbi”
“Iese Biznes Məktəbi” (Iese Business School) İspaniyada yaradılan məktəb də tanınmış biznes məktəblərindəndir. Qeyd edək ki, bu məktəb Navara Universitetinin nəzdində yaradılıb və məzunlarına təqdim olunan diplomda da bu yazılır. Məzunlarının 3 il sonra ala biləcəkləri məvacib 144 min dollardır. Bu məktəb də əsasən xarici tələbələrə yönəlib. Fakültələrin 60%-i xarici tələbələr üçündür. Tələbələrinin 84%, idarəçiliyin isə 85%-i xaricilərdir. Doktora təhsili də verən bu məktəb hər il 100% doktorantura təhsili alan tələbə qəbul edir. MBA proqramı ilə tələbə qəbul etdiyinə görə burada da biznes fakültələri standartdır.
8. “Ceibs” universteti
Daha bir məşhur Asiya universteti “Ceibs” adını Azərbaycanda da eşidə biləcəyiniz bu təhsil mərkəzi Çində yerləşir. Xarici tələbələri qəbul etsə də universitet yerli mütəxəssislər yetişdirməyə daha çox üstünlük verir. Xarici təbələr 42% təşkil edir, lakin bu rəqəm yerli tələbələrin xeyrinə hər il dəyişir. Doktorantura təhsili ilə daha çox məşhur olan unverstet də illik hesabatında 98%-lik tələbə qəbulu həyata keçirir. Məzunlarına 140 dollarlıq qazanv sözü verir.
9. Kembric Universiteti Judge biznes məktəbi
Kembric Universiteti Judge biznes məktəbi (University of Cambridge: Judge). Böyük Britaniyanın biznes simvolu olan məktəb. Dünyanın ən yaxşı unversitetləri sırasında ilk sıralarda yer alan Kembric Universitetinin nəzdində yaradılan məktəbdir. Xarici tələbələrə daha çox təhsil almaq imkanı təqdim edən məktəbdə 88%-lik xarici tələbə üstünlüyü var. İdarəçiliyin də 33%-ni xariclər təşkil edir. Bu məktəbi bitirən tələbələrin yaxın gələcəkdəki qazancı 146-148 min dollar olacaq. Universitetdə MBA proqramları ilə magistr təhsili ilə yanaşı, doktorantura təhsili də almaq mümkündür.
10. “IMD” məktəbi
“İMD” Real Dünya Real Təhsil şüarı ilə varlılar ölkəsi İsveçrədə fəaliyyət göstərən bu məktəb beynəlxalq renkingdə ön sıralardadır. Bütün tələbə ehtiyarı xaricilərdən təşkil olunub. Xaricilərin daha çox üstünlük verdiiy bu məktəbdə 98% tələbə başqa ölkələrdən gələnlərdir. Təsadüfi deyil ki, məzunları bir neçə il içində 150 min dollara qədər məvacib qazanmaqları mümkündür. Bu universitetdə MBA proqramı ilə magistr təhsili verir və doktorantura üçün də olduqca uğurlu məktəb hesab olunur.Fins.az

Bənzər yazılar