Dərc olunub: 09.07.2017

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda bibliometrik üsulların elektron kitabxana mühitində tətbiqi imkanlarının və gələcək nəsil elektron kitabxanaların formalaşması prinsiplərinin araşdırılması istiqamətində tədqiqatlar aparılır.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, institutda, həmçinin elmi jurnal və tədqiqatçıların qiymətləndirilməsi üçün indekslərin işlənilməsi, bibliometrik verilənlərin intellektual təhlili əsasında elmin perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi, eləcə də sosial şəbəkələrdə informasiyanın təsirinin modelləşdirilməsi üzrə araşdırmalar davam edir.
Elektron Kitabxana Mərkəzində kitablar ABŞ Konqres kitabxanası sistemi ilə təsnifatlaşdırılıb, resurslar sistemə daxil edilib, təhlükəsizlik təmin olunub və digər bir sıra mühüm işlər görülüb.
 
mektebgushesi.az

Bənzər yazılar