Dərc olunub: 05.08.2017

Bu barədə   Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, hadisə yerinə dərhal cəlb edilən FHN Dövlət Yanğından Mühafizə Xidmətinin bir neçə yanğınsöndürmə briqadası sakinləri binadan təxliyə ediblər.
 
Yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya çatdırılıb.
 
Məlumata görə, binada 114 məcburi köçkün ailəsi məskunlaşıb, daha 8 ailə yerli sakinlərdir.
 
FHN-nin rəsmi saytında bildirilir ki, yanğın saat 21:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın beşmərtəbəli yaşayış binasının dəhlizində və mətbəxində olub. Əlavə məlumat veriləcək.​
 
Yanğının səbəbi hələlik məlum deyil.
 
Mektebgushesi.az

Bənzər yazılar