Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İdarəetmə Sistemləri İnstitutunun “Arktika regionlar üçün seysmomüdafiənin dayanıqlı sistemlərinin uyğunlaşması” elmi işi Rusiya Energetika Nazirliyinin dəstəyi ilə keçirilən “2017-ci ildə Arktikanın və qitə şelfinin mənimsədilməsinə və inkişafına yönəlmiş beynəlxalq elmi, elmi-texniki və innovativ inkişaf müsabiqəsi”nin nəticəsinə görə laureat olub. Layihənin hazırlanmasında İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, institutun əməkdaşları, texniki elmlər doktorları Elçin Əliyev və Qəmbər Quliyev iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, 2017-ci ilin müsabiqəsinə 68 təşkilatdan 102 elmi iş təqdim edilib. Bütün işlər Rusiya Federasiyasının Arktika zonasının inkişafına yönəldilib.
Müsabiqənin laureatlarının mükafatlandırılması sentyabrın 12-də Rusiya Arktikasının və MDB ölkələrinin – “RAO/CIS Offshore-2017” qitə şelfinin neft və qazın inkişafı üzrə beynəlxalq konfrans və sərgisinin rəsmi açılışında keçiriləcək.
Mektebgushesi.az

Bənzər yazılar