Hazırda ölkəmizdə sayı-hesabı bilinməyəcək qədər dükanlar fəaliyyət göstərir. Amma bu dükanların gündəlik istifadə etdiyimiz məhsulları hansı şəraitdə və necə  saxlayıb satışa çıxardıqları barədə məlumatımız kifayət qədər deyil. Kimisi dükanındakı malların keyfiyyəti ilə məşhur, kimisi isə vaxtı keçmiş məhsullarla  “məşhur”dur. Bəzən müştərilər məhsulu alarkən onun keyfiyyətinə diqqət yetirmir, sadəcə keyfiyyətli ya keyfiyyətsiz fərqinə varmadan alıb gedirlər. Etiraf edək ki, dükanlarda satılan məhsulların keyfiyyətinə çox az halda rast gəlinir.
Son dönəmlər dükanların sayı durmadan artmaqdadır və bəzən bəzən insanlar keyfiyyətdən daha çox kəmiyyətə üstünlük verirlər. Şərt o deyil ki, hər 10 metrdən bir bu kimi obyektlər açılsın. Müəyyən ərazi üzrə 2 və ya 3 dükan olsun, amma yaxşı olardı ki, bu dükanlarda keyfiyyətli “dişə dəyəsi” məhsul olsun. Çünki vaxtı keçmiş ərzaqlar, süni yollarla yetişdirilmiş tərəvəzlər, meyvələr, xüsusi dərmanlar vasitəsilə şişirdilərək həcmi artırılmış toyuqlar, süni boyalarla rəngləşdirilmiş şirələr və uşaqları şirnikləşdirən zərərli məhsullar, eləcə də bu kimi mallar sağlamlığımıza ağır zərər vuran məhsullardandırlar. Əgər diqqət yetirsək, bu gün  həkimə müraciət edən posientlərin əksəriyyəti mədə-bağırsaq problemindən, zəhərlənmədən şikayət edir.
Bunlardan əlavə bəzi məkanlar da vardır ki, orada natəmizlik baş alıb gedir. Götürək gündəlik həyatımızda bizə hava, su kimi lazımlı olan çörək istehsal edən bəzi zavodlarını. Maraqlıdır, köhnəlmiş xəmirdən, 1-2 gün əvvəldən qalmış yağdan istifadə edənlər məgər bu çörəkləri öz dağmalarına da təklif etmirlərmi? Əslində bu, ilk növbədə çörəyin özünə edilən ən böyük hörmətsizlikdir.
Fikrimcə, dükanlardan keyfiyyətsiz vaxtı ötmüş məhsulların yığışdırılması ilə bağlı mütamadi yoxlamalar aparılsa, insanlar bu kimi problemlərdən qurtulmuş olarlar.
Son olaraq onu deyim ki, öz ölümümüzə səbəbkar, sağlamlığımızın isə düşməni olmayaq. Allahdan cansağlığı arzu ediriksə, onda özümüz də bu arzunun yerinə yetməsinə – sağlamlığımızı qorumağa çalışaq.
 
Elçin Nağıyev, BSU-un Jurnalistika fakültəsinin 1-ci kurs tələbəsi
Mektebgushesi.az
 

Bənzər yazılar