Dərc olunub: 29.09.2017
Məktəb rəhbərləri, təhsil idarələri və təhsil şöbələri məktəblərin infrastrukturundan, binasından, müəllim kontingentindən istifadə etməlidirlər:
“2020-ci ildən tətbiq ediləcək məktəblərin özünü maliyyələşdirmə sisteminə uyğun bir çox fəaliyyət sahələri üzrə ödənişli xidmət göstərəcəklər. Bakı şəhərində özəl kurslar, hazırlıqlar var. Onlar göstərdikləri xidmətə uyğun gəlir əldə edirlər. Məktəblər tədris vaxtından sonra bu kimi xidmətlər göstərməlidir. Məktəblər özlərinin minimum xərclərini ən azı ödəməlidirlər.
Bunun üçün 2011-ci ildən qəbul edilmiş qaydalara görə. məktəblər rəqs kursları, rəsm dərsləri, şahmat kursları kimi xidmətlər təqdim etməlidirlər. Bundan başqa dərs saatlarından sonra məktəb binalarında ödənişli təhsil xidmətləri – hazırlıqlar keçirilə bilər.
Bundan başqa məktəblər iri beynəlxalq qrand layihələrdə iştirak edə bilər. Ölkə başçısının 2004-cü il sərəncamına əsasən, dövlət şagirdlərin təhsil alma xərclərini öz üzərinə götürmüş olur. Gələcəkdə ödənişli fəaliyyət yalnız dərsdən sonra baş tutacaq xidmətlərə uyğun aparıla bilər. Bu zaman həmin məktəb maraqlı olacaq ki, nəticələri yüksək səviyyədə olsun, müəllimləri yüksək standartlara cavab versin”.
Avropa və digər dünya ölkələrindən nümunə gətirən K.Əsədov deyib ki, o ölkələrdə də məktəblərin gəlirləri dərsdən sonra göstərilən fəaliyyətlərlə əldə edilir:
“Bizdə isə bəzi məktəb direktorları normal deyil, qeyri-normal yollarla gəlir əldə etməyə üstünlük verirlər. Məktəblərə xarici mütəxəssisləri cəlb etməklə tədbirlər, seminarlar keçirmək olar. Məktəb direktorları, təhsil işçiləri heç bir fəaliyyət göstərmədən pul qazanmaq istəyir.
Təkrar edirəm, yeni qaydalar heç bir halda tələbələrin ödənişli təhsil alacağı demək deyil. Birmənalı olaraq, orta məktəblər yenə də dövlət büdcəsinin vəsaiti hesabına pulsuz olaraq fəaliyyət göstərəcək”.
Qeyd edək ki, Bakı Şəhər Təhsil İdarəsinin direktoru Məhəbbət Vəliyeva 2020-ci ilə qədər özünümaliyyələşdirmənin bitməli olduğunu deyib.
Aysel Aslan

Bənzər yazılar