Dərc olunub: 29.09.2017

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) direktorunun müavini Nəzakət Mehdiyeva Abşeron rayon məktəbləri direktorlarının ibtidai təhsil üzrə müavinləri, metodistlər və müəllimləri üçün “Açıq tipli sualların qiymətləndirilməsi” mövzusunda seminar keçirib.
TİPİİ-dən AZƏRTAC-a bildiriblər ki, seminarın təşkilinin əsas məqsədi məktəbdaxili qiymətləndirmələrdə istifadə olunan açıqtipli sualların qiymətləndirilməsi yollarının izahı və bu istiqamətdə müəllim bacarıqlarının inkişafı olub.
Seminarda N.Mehdiyeva ibtidai təhsil səviyyəsi üzrə məktəbdaxili qiymətləndirmələrin təşkili, qiymətləndirmə növlərinə uyğun vasitələrin hazırlanması, şagirdlərin təlim fəaliyyətini izləmək üçün qiymətləndirmə meyarlarının, rubriklərin tərtibatı və bu kimi məsələlərə toxunub.

 
Mektebgushesi.az

Bənzər yazılar