Mektebgushesi

Bakıda orta məktəblər pullu olacaq – RƏSMİ

2020-ci ilə qədər məktəblər özünümaliyyələşdirmə sisteminə keçməlidir.  azvision.az-ın verdiyi xəbərə görə, bu barədə Bakı Şəhər Təhsil İdarəsinin direktoru Məhəbbət Vəliyeva deyib. Onun sözlərinə görə, bu barədə təhsilin inkişafına dair Dövlət Strategiyasında qeyd olunub: “Məktəbin idarə olunmasında maliyyənin böyük rolu var. Burada söhbət çoxsaylı uşaqların təhsilə cəlb olunması və təhsil ehtiyaclarının ödənilməsindən gedir. Maliyyənin rolunu qeyd […]

Qrant müsabiqəsinə təqdim olunmuş 120 layihə maliyyələşdiriləcək

Sentyabrın 28-də Təhsil Nazirliyində təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsinin yekunu ilə bağlı brifinq keçirilib. AZƏRTAC xəbər verir ki, nazirliyin təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev müsabiqənin dövlət ümumi təhsil müəssisələri və bu qurumlarda çalışan pedaqoji işçilər üçün elan edildiyini xatırladıb. Bildirilib ki, müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə 78, fərdi kateqoriya […]

ADNSU-nun Əsaslı kitabxanası V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edir

  Sentyabrın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Əsaslı kitabxanası Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Bakı İdman Sarayında təşkil etdiyi V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edib. 100-dək yerli və 40-dan artıq xarici nəşriyyat, universitet, kitab evi və digər təşkilatların qeydiyyatdan keçdiyi sərginin açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, baş […]

ADU-da Konfutsi İnstitutları günü qeyd olunub

  Sentyabrın 28-də Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Konfutsi İnstitutları günü, eləcə də qədim Çin mütəfəkkiri və filosofu Konfutsinin ad gününə həsr olunmuş bayram tədbiri keçirilib. Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru professor Rafiq Abbasov təhsil sahəsində məhsuldar Azərbaycan-Çin əməkdaşlığı barədə danışaraq, Azərbaycanın Ümummilli lideri Heydər Əliyev və […]

“Tərəqqi” liseyinin direktorunun işdən çıxdığı rəsmən TƏSDİQLƏNDİ  

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədovanın “Tərəqqi” liseyinin direktoru vəzifəsindən çıxarıldığı rəsmən təsdiqlənib. Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, Məhbubə Məmmədova öz ərizəsilə işdən azad olunub.   Qeyd edək ki, ötən həftə nazirlik rəsmiləri “Tərəqqi” liseyinində araşdırma aparmışdılar. Məlumata görə, Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsi əməkdaşları M.Məmmədovanın fəaliyyətində ciddi qüsurlar aşkarladığından direktor ərizə yazmalı olub. […]

AMEA-nın Coğrafiya İnstitutundan ŞOK AÇIQLAMA: “Gələcəkdə nə payız olacaq, nə də yaz”  

Dünəndən başlayaraq ölkə ərazisində temperatur kəskin şəkildə aşağı enib. Artıq Qubaya ilk qar da yağıb. Mütəxəssislər isə senytabr ayı üçün qarın yağmasının xarakterik olmadığını deyirlər. Hətta paytaxt Bakıda belə, qış geyimlərinə keçənlər var. Bəs payız harda qaldı? Baxmayaraq ki, sentybarın 23-də payız fəsli ölkəmizə qədəm qoyub, amma payızdan əlamət belə, yoxdur. AMEA-nın Coğrafiya İnstitutunun direktoru […]

ADPU-da “Molla Pənah Vaqif təsviri realizmin banisi kimi” Respublika elmi-praktik konfransı keçirilib

  Sentyabrın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycanın böyük şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş “Molla Pənah Vaqif təsviri realizmin banisi kimi” Respublika elmi-praktik konfransı keçirilib. Konfransda millət vəkili, yazıçı-publisist Aqil Abbas, AMEA-nın Əlyazmalar İnstitutunun direktor müavini, professor Paşa Kərimov, ali təhsil müəssisələrinin alim-mütəxəssisləri və gənc tədqiqatçılar iştirak ediblər. Konfrans iştirakçıları […]

AQRAR UNİVERSİTETDƏ AKADEMİK HƏSƏN ƏLİYEVİN YUBİLEYİ İLƏ BAĞLI HAZIRLANAN KİTABIN TƏQDİMATI OLUB

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 7 fevral 2017-ci il tarixli Sərəncamı ilə akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi qərara alınıb. ADAU-nun mətbuat xidmətinin xəbərində deyilib ki, yubileylə bağlı təhsil müəssisəsində silsilə tədbirlərə xeyli əvvəl start verilib və indidə davam edir. Azərbaycan təbiət elminin patriarxı, respublika Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Həsən Əliyev […]

UNEC məzunlarından nümunəvi addım – “ISE Məzun Təqaüdü”

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) “ISE Məzun Təqaüdü” Proqramına start verilib. Proqramın məqsədi gənclərin stimullaşdırılması, sosial məsuliyyəti ön plana çəkmək və messenatlıq ənənəsinin yayılmasına nail olmaqdır. Yeni tədris ilindən tətbiq edilən proqram çərçivəsində UNEC məzunları Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələrinə öz şəxsi vəsaitləri hesabına bir tədris ili müddətinə təqaüd müəyyən edəcəklər. “ISE Məzun Təqaüdü” təhsildə ən […]

ADİU-nun sabiq rektoru, Şəmsəddin Hacıyevin səhhətində problemlərin yaşandığı haqda məlumat yayılıb

Deputatın İqtisad Universitetinə rəhbərlik etdiyi dövrü Baş Prokurorluq hələ araşdırır; sabiq rektoru xəstə salan nədir? Azərbaycan Dövlət İqtisad Universitetinin(ADİU) sabiq rektoru, deputat Şəmsəddin Hacıyevin səhhətində problemlərin yaşandığı haqda məlumat yayılıb. Bildirilir ki, hazırda müalicə alan sabiq rektor səhhətinin düzəlməsi üçün reabilitasiya prosesi keçir. Ş.Hacıyevin ev şəraitində müalicə olunduğu da bildirilir. “Yeni Müsavat” yayılan xəbərlərə münasibət […]

ADMİU-da Bilik Fondunun növbəti tədbiri keçirilib

  Sentyabr ayının 27-də Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı və Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin dəstəyi ilə tədbir keçirilib. Tədbirdə tələbələrlə görüşən Misir Milli Kitabxanası və Arxivlərinin müdiri, Ayn Şəms Universitetinin professoru, İslam arxeologiyası üzrə tanınmış alim Əhməd Seyyid Muhəmməd Şövkinin “İslam incəsənətinə […]

Pekində təhsil alan azərbaycanlı tələbələr beynəlxalq mədəniyyət festivalına qatılıblar

Sentyabrın 25-26-da Pekindəki Çin Neft Universitetində (China University of Petroleum-Beijing) beynəlxalq mədəniyyət festivalı təşkil olunub.   Azərbaycanın Çindəki səfirliyindən APA-ya verilən məlumata görə,   40-a yaxın ölkənin stendinin qurulduğu festivalda səfirliyin dəstəyi ilə bu təhsil ocağında təhsil alan tələbələrimiz də fəal iştirak ediblər.   Tədbirin birinci günündə Azərbaycanın milli mədəniyyəti, tarixi, turizm potensialı və Azərbaycan həqiqətlərini əks […]

BSU "Ədəbiyyat klubu"nun ilk iclası olub

  Dünən, Bakı Slavyan Universitetinin Heydər Əliyev adına tədris mərkəzində universitetdə Tələbə təşkiları nəzdində fəaliyyət göstərən “Ədəbiyyat klubu”nun İdarə heyyətinin ilk iclası olub. İclasda Universitet üzrə tələbə təşkilatlarının koordinatoru Məryənxanım Hüseynova və Universitetin fakultə sədrləri iştirak edib. Bir yerə cəm olan istedadlı gənclər ədəbiyyatın zənginliyindən və oxucuya verdiyi müsbət keyfiyyətlərdən söz açıb, öz aralarında maraqlı […]

İmişlidə baytar məktəb direktoru təyin edildi

İmişli rayonunun Sarıxanlı kəndində baytarın orta məktəbə direktor təyin edildiyi iddia edilir. Bu barədə AzNews.az-a sözü gedən kəndin sakini Zaur Məhərrəmov adlı şəxs məlumat verib. Adı çəkilən şəxs iddia edib ki, 1 nömrəli Sarıxanlı kənd orta məktəbinə təyin edilən Sahil Vəliyev ixtisasca baytardır: “O, hazırda kənd təsərrüfatı ilə məşğuldur. Onu bu vəzifəyə Təhsil şöbəsinin müdiri Ramiz müəllim […]

Ortaq türk tarixi dərsliyinin yekun layihəsi qəbul olunub

Qazaxıstanın paytaxtı Astanada “Ortaq türk tarixi” dərsliyi üzrə işçi qrupun iclası keçirilib. İclasda dərsliyin yekun layihəsi qəbul olunub və iclasın qərar protokolu imzalanıb. Beynəlxalq Türk Akademiyasının (TWESCO) hazırladığı XV əsrə qədər “Ortaq türk tarixi” dərsliyi layihəsinə dair yekun ekspertlər iclasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlər – Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin Təhsil nazirliklərindən […]