Mektebgushesi

ADMİU-da növbəti Sosial iş üzrə seminar keçirilib.

  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Sosial İş İctimai Birliyinin təşkilatçılığı ilə növbəti dəfə sosial işçilər və tələbələr üçün seminar təşkil olunub. Seminarda Birliyin sədri, Vaşinqton Universitetinin Sosial iş üzrə doktorantı Aytəkin Hüseynli iştirakçılara sosial işin yerli və beynəlxalq səviyyədə əhəmiyyəti, sosial işçilər harada çalışa bilər və s. kimi mövzular haqqında məlumat verib, […]

Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı səfiri LDU-da olub

  Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri xanım Karol Krofts cənub bölgəsinə səfəri çərçivəsində bu gün Lənkəran Dövlət Universitetində olub.Xanım səfiri LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qarşılayıb.Hörmətli qonağa LDU,burada son iki ildə tədrisin səviyyəsini yüksəltmək istiqamətində aparılan modern islahatlar,kadr hazırlığının təkmilləşdirilməsi sahəsində dünya təcrübəsinin tədbiqi və […]

ADMİU Beynəlxalq Kitab Sərgi-Yarmarkasında

  Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sentyabr ayının 28-30 tarixlərində Bakıda təşkil olunmuş V Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kitabxana-informasiya Mərkəzi də öz ədəbiyyat fondunun nəşrləri ilə fəal iştirak edir. 28 sentyabr tarixində Bakı İdman Sarayında Sərgi-Yarmarkanın təntənəli açılış mərasimindən sonra Azərbaycan Respublikası baş nazirinin müavini, xalq yazıçısı Elçin […]

Xorvatiya Respublikasının Pozeqa Politexnik İnstitutunun nümayəndələri Bakı Avrasiya Universitetində olublar

25-27 sentyabr tarixlərində Xorvatiya Respublikasının Pozeqa Politexnik İnstitutunun nümayəndələri Berislav Andrliç, Barbara Pisker və Bojan Radisiç Bakı Avrasiya Universitetində olublar. Qonaqları qəbul edən universitetin tədris işləri üzrə prorektoru Dos. N.N.Hüseynova görüş zamanı Bakı Avrasiya Universitetinin beynəlxalq əlaqələrini genişləndirməsi, yeni əməkdaşlıqların qurulması istiqamətində görülən işlər və ali təhsil ocağının fəaliyyətində prioritet istiqamətlər barədə məlumat verib. Prorektor […]

UNEC-dən şagirdlərə inanılmaz fürsət – “Bir günlük tələbə”

UNEC yuxarı sinif şagirdlərinə “bir günlük tələbə” olmaq şansı yaradır. “UNEC-də bir gün” layihəsinin məqsədi 10-11-ci sinif şagirdlərini universitetlə daha yaxından tanış etməkdir. Eyni zamanda, ixtisas seçimində çətinlik çəkən şagirdlərə məsləhət vermək, onların ixtisas fənlərində dinləyici qismində iştirakına şərait yaratmaqdır. Cənubi Qafqazın ən böyük iqtisadyönümlü ali təhsil ocağı olan UNEC-də dərs və imtahan prosesi ictimaiyyətə […]

“AzerGold” qızıl mədənində təcrübə keçmiş tələbələrə sertifikatlar təqdim etdi

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələrinə Çovdar filiz emalı sahəsində istehsalat təcrübəsini müvəfəqiyyətlə başa vurduqları üçün sertifikat təqdim etdi. Daşkəsən rayonunda yerləşən emal sahəsində öz ixtisasları üzrə bilik və təcrübə qazanan tələbələr Bakıda Cəmiyyətin baş ofisinə dəvət olunaraq təltif edildilər.   Şirkətin Geoloji kəşfiyyat şöbəsinin müdiri, Geologiya-minerologiya elmləri […]

Şəhid polkovnikin xanımı 45 saylı məktəbə direktor təyin olunub

Bakının Nərimanov rayonunun 45 saylı məktəbinə yeni direktor təyinatı olub. Mektebgushesi.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, təhsil nazirinin əmri ilə bu vəzifəyə Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi olmuş, Akademiyanın elmi işçisi Nəcibə Axundova təyin olunub. N. Axundova 2016-cı il aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşıdır. Qeyd edək ki, 45 saylı məktəbin əvvəlki […]

Direktor olmaq istəyənlər üçün yeni müsabiqə elan edildi

Təhsil Nazirliyi, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün növbəti müsabiqə elan edib. Nazirlikdən verilən məlumata görə, təlimlər yalnız Təhsil Nazirliyinin birbaşa tabeliyində olan və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbi, lisey və gimnaziyalarının direktorlarını, direktor müavinlərini və […]

Peşə təhsili müəssisələrinə ümumtəhsil fənn müəllimlərinin işə qəbulu üzrə müsahibə aparılacaq

Təhsil Nazirliyi sisteminə daxil olan ilk peşə-ixtisas təhsili müəssisələrinə ümumtəhsil fənn müəllimlərinin işə qəbulunun müsahibə mərhələsi üzrə ərizələrin qeydiyyatına başlanılır. Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, işə qəbul üzrə müsahibədə bu il və ya ötən il test mərhələsindən müvafiq keçid balını toplamış, ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər iştirak […]

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu Abşeron rayon məktəblərinin müəllimlərinə seminar təşkil edib

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) direktorunun müavini Nəzakət Mehdiyeva Abşeron rayon məktəbləri direktorlarının ibtidai təhsil üzrə müavinləri, metodistlər və müəllimləri üçün “Açıq tipli sualların qiymətləndirilməsi” mövzusunda seminar keçirib. TİPİİ-dən AZƏRTAC-a bildiriblər ki, seminarın təşkilinin əsas məqsədi məktəbdaxili qiymətləndirmələrdə istifadə olunan açıqtipli sualların qiymətləndirilməsi yollarının izahı və bu istiqamətdə müəllim bacarıqlarının inkişafı olub. Seminarda N.Mehdiyeva ibtidai […]

Kamran Əsədov: "Orta məktəblərin özünümaliyyələşdirmə sisteminə keçməsi o demək deyil ki, təhsil ödənişli olacaq”

Məktəb rəhbərləri, təhsil idarələri və təhsil şöbələri məktəblərin infrastrukturundan, binasından, müəllim kontingentindən istifadə etməlidirlər: “2020-ci ildən tətbiq ediləcək məktəblərin özünü maliyyələşdirmə sisteminə uyğun bir çox fəaliyyət sahələri üzrə ödənişli xidmət göstərəcəklər. Bakı şəhərində özəl kurslar, hazırlıqlar var. Onlar göstərdikləri xidmətə uyğun gəlir əldə edirlər. Məktəblər tədris vaxtından sonra bu kimi xidmətlər göstərməlidir. Məktəblər özlərinin minimum […]

Direktor olmaq istəyənlər üçün yeni MÜSABİQƏ

Təhsil Nazirliyi, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün növbəti müsabiqə elan edib. Nazirlikdən Modern.az-a verilən məlumata görə, təlimlər yalnız Təhsil Nazirliyinin birbaşa tabeliyində olan və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbi, lisey və gimnaziyalarının direktorlarını, direktor müavinlərini […]

BSU və Moldova Respublikası Slavyan Universiteti arasında müqavilə imzalanıb

28 sentyabr 2017-ci il tarixdə Azərbaycandakı Rus İcması, Moskva Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti və AMEA-nın təşkilatçılığı ilə “Avrasiya təhsil müstəvisində dil və mədəniyyət dialoqu” adlı beynəlxalq konqres öz işinə başlayıb. Moskva Dövlət Pedaqoji Universitetinin xalqlararası və regionlarası siyasət üzrə prorektoru Lyudmila Dudova, Moldova Respublikası Slavyan Universitetinin rektoru Tatyana Mleçko, Bolqarıstan Respublikası Təhsil və […]

Ali məktəblərə qəbulda 700 ballıq sistem saxlanılacaq

Mektebgushesi.az -ın APA-ya istinadən verdiyi xəbərə görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, 2019-cu ildən ali təhsil müəssisələrinə qəbul zamanı buraxılış və qəbul imtahanın birgə nəticəsi götürülsə də, abituriyentlərin qiymətləndirilməsində yekun nəticə 700 bal olacaq. M. Abbaszadə qeyd edib ki, buraxılış imtahanları və qəbul imtahanlarının vaxtı ilə bağlı indidən fikir söyləmək olmaz: “Hər […]

DİM: İki ildən sonra ali məktəblərə qəbul zamanı hansı fənlərdən imtahan veriləcəyi sabah dəqiqləşəcək

İki ildən sonra ali məktəblərə qəbul imtahanları 2 hissədən ibarət olacaq.   Mektebgushesi.az -ın APA-ya istinadən verdiyi xəbərə görə, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, birinci mərhələdə buraxılış imtahanında aparılan qiymətləndirmə nəticəsində şagirdlərin topladığı ballar ikinci mərhələdə olan fənlərin üzərinə əlavə ediləcək.   Onun sözlərinə görə, ümumi qəbul birinci və ikinci […]