Dərc olunub: 29.09.2017

25-27 sentyabr tarixlərində Xorvatiya Respublikasının Pozeqa Politexnik İnstitutunun nümayəndələri Berislav Andrliç, Barbara Pisker və Bojan Radisiç Bakı Avrasiya Universitetində olublar.
Qonaqları qəbul edən universitetin tədris işləri üzrə prorektoru Dos. N.N.Hüseynova görüş zamanı Bakı Avrasiya Universitetinin beynəlxalq əlaqələrini genişləndirməsi, yeni əməkdaşlıqların qurulması istiqamətində görülən işlər və ali təhsil ocağının fəaliyyətində prioritet istiqamətlər barədə məlumat verib.
Prorektor iki təhsil ocağı arasında inkişaf edən əlaqələr kontekstində həyata keçiriləcək tədbirlərin tərəflər üçün faydalı olacağına əminliyini bildirib. Görüşün sonunda “Erasmus+” proqramı çərçivəsində akademik mobilliyə dair müqavilə imzalandı. Müqaviləyə əsasən növbəti üç il ərzində hər il Bakı Avrasiya Universitetinin 1 müəllimi mühazirə oxumaq üçün iki həftəlik Pozeqa Politexnik İnstitutuna ezam olunacaq. Eyni zamanda, hər il bir tələbə orada bir semestr müddətində təhsil almaq imkanı qazanacaq.
Pozeqa Politexnik İnstitutunun 2 müəllimi və 2 tələbəsi bu proqram çərçivəsində Bakı Avrasiya Universitetinə gələcəklər.

Mektebgushesi.az

Bənzər yazılar