Dərc olunub: 25.05.2024

 

İyunun 2-də məktəblilərarası fənn müsabiqələri və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının final turu keçiriləcək.

Təhsil İnstitutundan bildirilib ki, final turunda iştirak etmək üçün şagirdlər buraxılış vərəqələrini portal.edu.az platforması vasitəsilə əldə edə bilərlər. Buraxılış vərəqəsi əldə etməkdə problem yaşayan şagirdlər təhsil aldıqları məktəblərə və ya yerli təhsil idarəetmə orqanlarına müraciət edə bilərlər.

Bənzər yazılar