Bulud texnologiyaları müasir İKT-nin ən mühüm yeniliklərindəndir və mürəkkəb hesablamaları həyata keçirə bilən nəhəng arxitekturaya malikdir. Virtuallaşmış resurslar, paralel hesablamalar bulud texnologiyalarının üstünlüklərindəndir. Bulud platformasından istifadə edən proqram tətbiqlərinin sayının çoxalması bu mühitdə generasiya olunan verilənlərin miqyasının kəskin artması ilə nəticələnib.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarında məlumat verilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda böyük verilənlərdə anomaliyaların aşkarlanması üçün metod təklif olunub. Yeni modelin səmərəliliyinin qiymətləndirilməsi “Google cluster trace” və “Yahoo!S5” açıq bulud verilənlər bazaları üzərində aparılıb. Təqdim edilən üsulun eksperimental tədqiqi AMEA İnformasiya Texnologiyaları İnstitutunun nəzdində fəaliyyət göstərən “AzScienceNet” elm-kompüter şəbəkəsində bulud mühitində aparılıb.

Mektebgushesi.az

Bənzər yazılar