2018-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanlarının məzmunu ilə bağlı materialların və metodik materialların hazırlanması məqsədilə Dövlət İmtahan Mərkəzində (DİM) oktyabrın 9-dan etibarən fənlər üzrə elmi metodik seminarlara başlanılır (http://dim.gov.az/activities/seminar/).
DİM-dən AZƏRTAC-a bildiriblər ki, elmi-metodik seminarlar Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında – Asiya Universitetinin binasında (4 cü mərtəbə, akt zalı) keçiriləcək.
Seminarların iş qrafiki ilə mərkəzin rəsmi internet səhifəsində tanış olmaq mümkündür.

Mektebgushesi.az

Bənzər yazılar