İsveçdə 2017-ci il üçün tibb və fiziologiya üzrə Nobel mükafatının laureatları məlum olub.
Mektebgushesi.az “nobelprize.org” saytına istinadla xəbər verir ki, bu mükafata ABŞ-dan olan alimlər Ceffri Holl, Maykl Rozbaş və Maykl Yanq layiq görülüblər. Onlar “hüceyrə saatı” adı verilən və orqanizmin sirkad ritmlərini nizamlayan molekulyar mexanizmlərin tədqiq olunmasına görə Nobel mükafatı ilə təltif ediliblər.
Qeyd edək ki, mükafatın təqdimat mərasimi hər il dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında keçirilir. Belə ki, fizika, kimya, fiziologiya və təbabət, ədəbiyyat, iqtisadiyyat sahələrində mükafatlar Stokholmda İsveç Kralı tərəfindən, sülhün qorunması istiqamətində mükafat isə Osloda Norveç Kralının və kral ailəsi üzvlərinin iştirakı ilə Norveç Nobel Komitəsinin sədri tərəfindən təqdim edilir.

Mektebgushesi.az

Bənzər yazılar