V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Azərbaycan Milli Kitabxanasında keçirilmiş “Kitabxanalar üçün yeni çağırışlar, yeni ideyalar, yeni tələblər: kitab, mütaliə, innovasiyalar” mövzusunda beynəlxalq elmi konfransda ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları, “Kitabşünaslıq və kitabxanaçılıq” kafedrasının müəllimləri Tamilla Əsgərova, Günay Baxşəliyeva və Natiq Mürsəlov məruzə ilə çıxış ediblər.
Konfransda T.Əsgərovanın “Orta əsrlərdə İslam ölkələrində kitabxanaların meydana gəlməsi və inkişaf tarixi”, G.Baxşəliyevanın “Azərbaycanda mədəniyyət və incəsənət sahələrində İslam dəyərlərinin tədrisi, tədqiqi və təbliğinin kitabxana-informasiya təminatı müasir mərhələdə” və N.Mürsəlovun “Kulturologiya və sənətşünaslıq üzrə zəngin bilik xəzinəsi: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kitabxana və elmi informasiya fəaliyyətinin təşkili” mövzusunda çıxışları dinlənilib.
Sonda ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzi V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında fəal iştirakına görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən diplomu ilə təltif olunub.

Mektebgushesi.az

Bənzər yazılar