Sentyabrın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Əsaslı kitabxanası Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Bakı İdman Sarayında təşkil etdiyi V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında fəal iştirakına görə mükafatlandırlıb.
Qeyd edək ki, 100-dək yerli və 40-dan artıq xarici nəşriyyat, universitet, kitab evi və digər təşkilatların qeydiyyatdan keçdiyi sərgidə ADNSU-nun Əsaslı kitabxanasının 150 kitabı nümayiş etdirilib. Kitablar arasında Heydər Əliyev irsi, qədim əlyazmalar, miniatür kitablar, neft və sənayenin digər sahələrini əhatə edən kitablar, o cümlədən ADNSU-nun “Oil and Industry” jurnalı nümayiş olunub. Bundan əlavə, ADNSU Mədəniyyət və Turizm Nazirliyi və Dünya İqtisadiyyat Forumunun “Global Shapers” icmasının dəstəyi ilə təşkil olunan “Sən də oxu” adlı kitab xeyriyyə aksiyasına qoşularaq fonda 40 adda kitab və jurnal hədiyyə edib.
3 gün davam edən sərgi-yarmarka çərçivəsində yerli və xarici nəşrlərin nümayişi və satışı ilə yanaşı, bir sıra tədbirlər, kitab təqdimatları və müəlliflərlə görüşlər keçirilib, oxucular həm yerli, həm də xarici ölkələrin nəşrləri ilə yaxından tanış olmaq şansı qazanıb.

Mektebgushesi.az

Bənzər yazılar