Oktyabrın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov 2017-2018-ci tədris ilində 500-dən çox bal toplayaraq Filologiya fakültəsinə qəbul olunan tələbələrlə görüş keçirib. Filologiya fakültəsinin və Kitabxana-İnformasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən görüşü giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, ADPU öz fəaliyyətində keyfiyyətcə yeni bir mərhələyə daxil olub. ADPU həm struktur, həm də tələbə sayına görə ölkəmizin ən böyük ali təhsil müəssisələrindən birinə çevrilib. Hazırda ADPU-da 20 minə yaxın tələbə təhsil alır. Dövlət səviyyəsində həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan cəmiyyətində müəllim peşəsinin ictimai nüfuzu yüksəlib. Bu il 259 nəfər abituriyent 500-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub ki, bunun da 82 nəfəri Filologiya fakültəsinə qəbul olunub. Bu, çox sevindirici

haldır. 2014-2015-ci tədris ilində cəmi 6 nəfər 500-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub. Ümumm
 
illi liderimiz Heydər Əliyev müəllim haqqında demişdir: “Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram”. Xalqımızın, millətimizin taleyi, ölkəmizin gələcək inkişafı, dövlətimizin müdafiə qüdrəti məhz müəllimdən aslıdır. Siz müasir dövrün tələblərinə cavab vermək üçün daim öz üzərinizdə çalışmalı, oxumalı, mütaliə etməli, xarici dilləri yaxşı öyrənməli, bilik və bacarıqlarınızı artırmalısınız. Siz ADPU-nun, eləcə də ölkəmizin gələcəyisiniz. Müəllimlik şərəfli, müqəddəs peşə olmaqla yanaşı, həm də məsuliyyətli peşədir. Bizim sizə yaxşı təhsil vermək üçün görüləcək işlərimiz, həyata keçirəcəyimiz tədbirlər çoxdur. Universitetdə təhsilin keyfiyyətinin yaxşılaşdırılması, hərtərəfli biliyə, geniş və müasir dünyagörüşünə, yüksək mənəvi
-əxlaqi keyfiyyətlərə malik
müəllimlərin işə cəlb edilməsi istiqamətində ciddi işlər görülür. Siz lazımi bilik və bacarıqları əldə etmək üçün bütün mövcud resurslardan düzgün və səmərəli istifadə etməlisiniz. Rektor çıxışının sonunda tələbə-gənclərə həyatda və təhsildə uğurlar arzulayıb.
Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov çıxışında bildirib ki, tələbələr qazandıqları uğurla kifayətlənməməli, daha yüksək nəticələrə çatmaq
üçün həmişə oxumalı, bilik və dünyagörüşlərini genişləndirməli, universitetin ictimai-mədəni həyatında fəal iştirak etməlidirlər. Kitab oxumaq, mütaliə etmək gənclər üçün çox vacibdir. Kitabları ürəklə, həvəslə oxumaq lazımdır. Yalnız bu halda gənclər yüksək səviyyəli mütəxəssis, əsl vətəndaş ola bilərlər.
Xalq şairi Qabilin oğlu, yazıçı, publisist, tərcüməçi Mahir Qabiloğlu çıxışında tələbələrə uğurlar arzulayıb, atasının 7 cildlik külliyatının 5 cildini ADPU-ya hədiyyə edib və qalan 2 cildi oktyabrın sonlarında universitetə təqdim edəcəyini vurğulayıb.
Kitabxana-İnformasiya Mərkəzinin direktoru Azər Hüseynov, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Himalay Qasımov, Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının müdiri, professor Zahid Xəlil çıxış edərək tələbələrə yaxşı oxumağı, ölkəmiz üçün peşəkar və müasir mütəxəssislər kimi yetişməyi tövsiyə ediblər.
Görüşdə tələbələrə kitablar hədiyyə edilib.
ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi

Bənzər yazılar