Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) I kurs tələbələri üçün “Bacaran insanlar sırasında sən də ol” adlı motivasiya təlimi keçirilib. Təlimin ideya müəllifi və moderatoru Akademiyanın “İqtisadiyyat” ixtisası üzrə təhsil alan II kurs tələbəsi Aqşin Nəzərlidir.

Akademiyadan Mektebgushesi.az– a verilən məlumata görə, Aqşin Nəzərli I kurs tələbələrinə uğurlu insanların inkişaf üçün qarşıya qoyduğu hədəflərə çatma bacarığı, bunun üçün lazım olan xüsusiyyətlər, məqsəd və hədəflər, məsuliyyətlilik, o cümlədən movcud ola bilən komplekslər haqqında danışıb. Cəmiyyətdə insanların özünü təsdiq etməsi və ya uğurlu olmalarının fərqi, könüllülük hərəkatı, könüllü kimi çalışmaq üçün lazım olan tələblər, özünü düzgün təqdimetmə üsulları və digər mövzularda tələbə-gənclərə məruzə edib.

Təlim interaktiv formada keçirilib və auditoriya ilə qarşılıqlı sual-cavab, müzakirələr əsasında aparılıb.

Qeyd edək ki, Aqşin Nəzərli eyni mövzuda təlimi bu ilin yayında ASAN könüllüləri üçün keçirib. Bununla yanaşı, o, Akademiyanın “İqtisadiyyat” tələbə klubunun rəhbəri, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) biznes işçi qrupunun koordinatorudur. Aqşin Nəzərli, həmçinin 1 saylı ASAN xidmətdə könüllü kimi çalışıb.

Bənzər yazılar