Oktyabrın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) açıq qapı günü keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetin professor-müəllim heyəti, eləcə də valideyinlər və tələbələr iştirak edib.

Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, tədbirdə çıxış edən rektor, prof. M.Babanlı iştirakçıları salamlayaraq 2018/2019-cu tədris ilinin qəbul göstəricilərindən  və son vaxtlar universitetdə həyata keçirilən islahatlardan danışıb.

2018/2019-cu tədris ilində ADNSU-da qəbulun həm kəmiyyət, həm də keyfiyyət göstəricilrinin rekord səviyyəyə çatdığını deyən rektor, professor M.Babanlı bakalavriat səviyyəsinə UFAZ-da daxil olmaqla ümumilikdə 2866 nəfərin qəbul olunduğunu bildirib. Tələbə qəbulundakı yüksək göstəriici ilə yanaşı  orta balın da artdığnı və ölkə üzrə 1-ci ixtisas qrupu üzrə 600 baldan yuxarı nəticə göstərən 880 nəfər tələbədən  392-inin ADNSU-nu seçdiyini deyib. Rektor M.Babanlı həmçinin qeyd edib ki, 500-dən çox bal toplayan 2312 abiturentdən 1082-si ADNSU-nun tələbəsi adını qazanıb.

Məzunların və magistraturada təhsil alan tələbələrin işlə təmin olunmasının universitetin ən çox diqqətdə saxladığı məsələlərindən biri olduğunu qeyd edən rektor M.Babanlı bu istiqamətdə 100-ə yaxın müəssisə ilə ikili müqavilənin imzlandığını deyib və il ərzində keçirilən “Məzun-karyera”sərgilərinin əhəmiyyətini vurğulayıb.

Beynəlxalq əməkdaşlığın və tələbə mübadiləsinin universitetin prioritet sahələrindən olduğunu qeyd edən rektor M.Babanlı ingilis dilində tədrisin daha da genişləndirilməsinin nəzərdə tutulduğunu deyib. Beynəlxalq əməkdaşlıq çərçivəsində UFAZ xətti ilə universitetə 26 əcnəbi professorun cəlb olunduğunu deyən rektor növbəti ildən bu rəqəmin 30-a çatdırılacağını bildirib.

Rektor Mustafa Babanlı həmçinin, tədris proqramlarının yenilənməsi, əcnəbi professorların tədrisə cəlb olunması, beynəlxalq əməkaşlığın daha da inkişaf etdrilməsi istiqamətində görülən işlər, elektron universitetin əhəmiyyəti, elmi işlərin sayının artması, Lazer Mərkəzinin fəaliyyəti, universitetin nəzdində fəaliyyət göstərən 2 elmi-tədqiqat laboratoriyası, yeni texniki-texnoloji proqramların hazırlanması, imtahanlar və başqa məsələlər barədə  danışıb.

Tədbirdə yaz sessiyasının nəticələrinə görə kurslar üzrə ən yüksək nəticə göstərən qruplara 1000 azn miqdarında pul mükafatı təqdim olunub.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

       

Bənzər yazılar