Azərbaycan Respublikası Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar qrant müsabiqəsi çərçivəsində Bakı Slavyan Universitetinin Məktəb-Lisey Komleksində “Təlim rus dilində aparılan siniflərdə və məktəblərdə çalışan fənn müəllimləri üçün ixtisasartırma tədbirlərinin təşkili” üzrə növbəti tədbir – Metodiki seminar təşkil olunub.

Məktəbdən Mektebgushesi.az– a verilən məlumata görə, metodiki seminarda BSU nəzdində Məktəb-Lisey Komleksin və BSU-nun müvafiq kafedralarının əməkdaşları, Təhsil Nazirliyinin birbaşa tabeçiliyində olan lisey və məktəblərin, BDU nəzdində “Gənc istedadlar lisey”inin, eləcə də Bakı şəhərinin bir sıra məktəblərindən 80 nəfərədək fənn müəllimi iştirak edib.

Tədbiri layihə rəhbəri Kompleksin direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent İlahə Carçıyeva açıq elan edib. Layihənin icra qrafiki və qarşıdakı tədbirlər barədə məlumat verilib. Giriş sözündən sonra bugünkü seminarda hansı mövzularda söhbət aparılacağı baradə məlumat verilib.

Metodiki seminarda aşağıda göstərilən mövzu üzrə mühazirələr oxunulub və mövzular ətrafında geniş müzakirə aparılıb:

“Методы и способы решения задач в начальных классах”

Məruzəçi: fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, BSU-nun Riyaziyyat və informatika kafedrasının dosenti Tamara Mamedova;

«Специфика изучения истории в классах с русским языком обучения»

Məruzəçi: BSU nəzdində Məktəb-lisey kompleksinin metodbirləşmə sədri, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi Arzu Hacıyeva

BSU-nun tədris işləri üzrə prorektoru, layihə rəhbəri prof. Telman Cəfərov müzakirələri yekunlaşdırıb və hazırki tədris şəraitində bu tipli əlavə təhsil tədbirlərinin əhəmiyyətini vurğulayıb, metodiki seminarda iştirak edən qonaqlara və onların təmsil etdikləri məktəblərin rəhbərlərinə minnətdarlıq bildirib. Müasir dünyada və eləcə də respublikamızın paytaxtında bilinqval və multilinqval təhsil modelinin tətbiqi imkanlarına və perspektivlərinə toxunub. O, bu tədbirlərə Bakı Slavyan Universitetinin pedaqoji ixtisaslar üzrə sonuncu kurs tələbələrinin cəlb olunmasını müsbət hal kimi qiymətləndirib.

Bənzər yazılar