Dərc olunub: 10.10.2018

 

Məşhur küçə rəssamı Benksinin “Qırmızı şarlı qız” adlı əsəri Londonun “Sotheby” muzeyində 1 milyon 250 min dollara satışa çıxardılıb. Satış tamamlanan kimi əsər özünü parçalara ayırıb.

Benksinin bu müəmmalı əsəri satılan kimi çərçivənin içərisindəki kağız öz-özünü yox edib.

Publika.az xəbər verir ki, auksion vaxtı satılan əsər çəkicin səsindən kiçik parçalara bölünməyə başlayıb.

Hər kəs heyrətdən nitqini itirsə də, Benksi öz instaqram hesabında bu mistikaya aydınlıq gətirib. Rəssam bildirib ki, illər öncə çərçivəyə şreder (kağız parçalayan alət) yerləşdirmişdi ki, auksionda satılarsa çəkic səsindən parçalanma effekti yaratsın.

Mektebgushesi.az

Bənzər yazılar