Dərc olunub: 13.10.2018
Ryuqyu asteroidinin səthində çəkilən ilk görüntülər və toplanan məlumatlar yeni faktlar üzə çıxarıb.

Məlumatlara əsasən, səma cisminin səthində tozun miqdarı çox azdır və bu da alimlər üçün müəmma olaraq qalıb.

“Asteroidin səthi gözlədiyimizdən də qəribə çıxdı. Ən qəribəsi odur ki, biz asteroidin səthində reqolit yığınına rast gəlmədik. Məntiqlə götürsək, kosmik eroziya böyük toz yığını yaratmalı idi”, – deyə Ralf Yaumann bildirib.

“Xayabusa-2” avtomatik stansiyası 2014-cü ilin dekabr ayında Ryuqyu asteroidini tədqiq etmək və nümunələr götürmək üçün kosmosa göndərilib. Yapon aparat bu ilin iyun ayında hədəfə çatdı və uzunmüddətli yaxınlaşma prosesinə başladı.(AzEdu.az )

Bənzər yazılar