Dərc olunub: 15.10.2018

“Avropa” nəşriyyatında AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan tibbə dair əlyazmaların kataloqu çapdan çıxmışdır. Kataloqu Əlyazmalar İnstitutunun elmi işçiləri Zemfira Məmmədova və Elnurə Babayeva tərtib etmişlər.

Əlyazmalar inistitutundan Mektebgushesi.az -a verilən məlumata görə, onlar kitaba daxil olan ərəb, fars, türk və Azərbaycan dillərindəki əlyazmaların təsvirlərinin müəlifidirlər. Kitabın elmi redaktorları fil.ü.e.d. Paşa Kərimov və t.ü.e.d., prof. Fərid Ələkbərlidir.

Elmi məsləhətçi akademik Teymur Kərimlidir.

Bənzər yazılar