Dərc olunub: 18.10.2018

Tokioda 16-19 oktyabr tarixləri arasında təşkil edilən “CEATEC 2018” texnolji sərgisində sensor texnologiyasının inkişafı gözlər önünə sərildi. İstehsalçılar stress səviyyələrini, ruh halını, duruşu, performansı və hətta qoxunu ölçəbilən ən son texnologiyaya sahib sensorları tanıtdı. AzEdu.az xəbər verir ki,  elektronika nəhəngi “Panasonic”, bir insanın oturma mövqeyini, nə qədər tərlədiyini, stress səviyyəsini və üz ifadələrini analiz edə bilən bir sensor prototipi sərgiləyib və bu sensorun bir hava yolu pilotu, uzun məsafə yük maşını idarə edən və ya avtobus sürücüləri üçün faydalı ola biləcəyinə dair bir təqdimat reallaşdırıb.

“Murata” şirkəti isə sərgiyə nəbz sürətini və sinir sistemini ölçmək üçün baş barmaq ilə işarə barmağı arasında bir dəqiqə tutulan kiçik bir cihazla qatıldı. Firmanın spikeri Takashi Hayashida: “Bunu çox yaxında şirkətlərə satmağa başlayacağıq, beləcə şirkət rəhbərliyi işçilərinin nə qədər stressli olduqlarını ölçə biləcəklər və bu cihazla nəqliyyat-taksi şirkətləri xüsusilə maraqlanır” ,– deyə qeyd edib.

Mektebgushesi.az

Bənzər yazılar