Lənkəran Dövlət Humanitar Kollecində 18 oktyabr Azərbaycanın Respublikasının Dövlət Müstəqilliyi gününə həsr olunmuş açıq dərs keçirildi.

Kollecdən Mektebgushesi.az-a verilən məlumata görə, 18 oktyabr 2018–ci il tarixində Lənkəran Dövlət Humanitar Kollecinin “Tarix və ictimai elmlər” fənn birləşmə komissiyasının müəllimi tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyevin Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpasının 27–ci ildönümünə həsr olunmuş açıq dərsi keçirildi.

Tədbirlər planına əsasən 18 oktyabr tarixində keçirilən ilk dərslərin Azərbaycanın dövlət müstəqilliyinə həsr olunması nəzərdə tutulmuşdur. Dərs Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsilə başlandı. Məruzəçi t.ü.f.d. Cəmil Quliyev müstəqil dövlət quruculuğu sahəsində Azərbaycan Respublikasının əldə etdiyi tarixi nailiyyətlərdən, bu günü Azərbaycan tarixinin şanlı səhifəsi kimi dəyərləndirərək ölkə başçısı cənab İlham Əliyevin 15 illik fəaliyyəti dövründə qazanılmış böyük uğurlarından, xalqımızın dövlət müstəqilliyini əldə etmək uğrunda apardığı keşməkeşli mübarizə yolundan danışaraq 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin Sessiyasında qəbul edilmiş Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını xalqımız üçün taleyüklü sənəd olmaqla yanaşı müstəqil dövlətdə yaşayıb çalışmağın hər bir vətəndaş üçün qürurverici olduğunu diqqətə çatdırdı.

Dərs tələbələrin fəal iştirakı və müasir təlim texnologiyalarının tətbiqi ilə keçirildi. Açıq dərsdə Kollecin tərbiyə işləri üzrə direktor müavini Ü.Rzayeva, Pedaqoji şöbə müdiri B.Rüstəmov, “Tarix və ictimai elmlər” fbk-nın sədri G.Abdullayeva iştirak edirdilər. Məruzədən sonra Dövlət Müstəqilliyinin bərpasına həsr olunmuş videofilm nümayiş olundu

Bənzər yazılar