Sentyabrın 19-da Azərbaycan Texniki Universitetinin (AzTU) Aprel döyüşlərində şəhid olmuş məzunları haqqında çəkilən “Aprel Günəşi” və ”Dərdim Nurludur – Mahir Quliyev” filminin təqdimatı keçirilib.

Universitetdən Mektebgushesi.azƏvəllcə tədbir iştirakçıları universitetin həyətində Şəhidlərin xatirəsinə ehtiram olaraq ucaldılan abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbir bir dəqiqəlik sükutla şəhidlərin yad olunması və Azərbaycan Respublikası Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov çıxış edərək universitetdə vətənpərvərlik ruhunda aparılan tərbiyəvi işlərdən, Şəhidlərin təbliği, onların gələcək nəsillərə tanıdılması ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb. Rektor əvəzi qeyd edib ki, 2016-cı ilin Aprel döyüşlərində AzTU-nun dörd məzunu – Əbdülməcid Axundov, Elvin Mirzəyev, Mahir Quliyev və Müşfiq Orucov qəhrəmancasına Şəhid olublar.

Daha sonra Aprel şəhidi, AzTU-nun “Elrktrotexnika və Energetika” fakültəsinin məzunu Əbdülməcid Axundovun adına təsis edilmiş “Gənc Mühəndis Əbdülməcid Axundov” mükafatının təqdimatı olub.

“Gənc Mühəndislər Cəmiyyəti”İctimai Birliyi tərəfindən təsis edilən və ənənəvi olaraq hər il verilən mükafat bir vaxtlar Əbdülməcid Axundovun təhsil aldığı fakültənin təhsildə yüksək göstəricisi olan tələbəsi Sənan Çərkəzliyə təqdim olunub.Sənan Çərkəzliyə mükafatı təqdim edən Əbdülməcid Axundovun anası Ceyran Axundova şəhid məzunlarına həsr olunmuş tədbirə görə universitet rəhbərliyinə və “Gənc Mühəndislər Cəmiyyəti” İctimai Birliyinə təşəkkürünü bildirib.

Sonra AzTU-nun məzunları, Aprel şəhidləri Müşviq Orucov (“Aprel Günəşi”) və Mahir Quliyev (“Dərdim nurludur – Mahir Quliyev”) haqqında çəkilən sənədli filmlər nümayiş olunub.Filmlərdə hər iki şəhidin qısa ömrü əks olunub və döyüş zonasında göstərdikləri qəhrəmanlıqları şərh edilib.

Filimlərin nümayişindən sonra izləyicilərlə təəssüratlarını bölüşən Şəhid valideyinləri, film müəllifləri və digərləri çıxışlarında bu qəhrəmanlar haqqında hələ çox filimlərin çəkiləcəyini, qəhrəmanlıq dastanları yazılacağını və onların Vətənə olan sevgilərinin gələcək nəsillərə örnək olacağını vurğulayıblar.

Tədbirin sonunda professor Xalıq Yahudov çıxış edərək universitetin Şəhid məzunları haqqında çəkilən filmlərin yaradıcı heyyətinə təşəkkürünü bildirib və

qeyd edib ki, Şəhidlərimizin təbliği ilə bağlı AzTU-da bundan sonra da silsilə tədbirlər həyata keçiriləcək.

Bənzər yazılar