Dərc olunub: 22.10.2018
Pedaqoq stolun üstünə çıxıb üst paltarlarını soyunub.
Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, Hollandiyada müəllimə Debbi Xerens məktəblilər üçün qeyri-adi anatomiya dərsi keçib. O öz bədənini nümayiş etdirməklə insan bədəninin quruluşunu göstərməyi qərara alıb.
 Xülasə, fikirləşməyin ki, müəllimə anadan gəlmə vəziyyətdə dərs izah edib. Üst paltarını soyunandan sonra müəllimə insan əzələlərinin təsvir olduğu kostyumda qalıb.
Məlum olub ki, dərsin belə orijinal keçməsinə direktor şəxsən özü icazə verib. O hesab edib ki, bu cür izah məktəblilərin diqqətini cəlb edəcək.

Bənzər yazılar