Lənkəran rayonu Xanbulan kənd tam orta məktəbində “Uşaq Hüquqları aylığı”çərçivəsində dəyirmi masa keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mərziyə Əliyeva bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əhalinin müxtəlif qruplarının, o cümlədən uşaqların hüquqlarının müdafiəsi ilə bağlı maddələr təsbit olunmuş və həyata keçirilir.

Daha sonra natiq vurğulamışdır ki, ölkəmizdə uşaqlarla bağlı siyasətin əsasını Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, məhz ümummilli liderin təşəbbüsü ilə uşaqların hüquqlarının qorunması ilə bağlı beynəlxalq konvensiya və protokollar ratifikasiya edilərək qüvvəyə minmişdir. Həmçinin Azərbaycan 1992-ci ildə BMT-nin “Uşaq hüquqları haqqında”Konvensiyasına, 2002-ci ildə Konvensiyasının ilk əlavə prokoluna qoşulmuşdur.

Məktəb direktoru çıxışının sonunda Prezident cənab İlham Əliyevin 22 dekabr 2008-ci il tarixli Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili”elan edilməsi uşaq hüquqlarının müdafiəsinin güncləndirilməsi istiqamətində mühüm addım olduğunu bildirib. Məktəbin 5-11-ci sinif şagirdlərinin qatıldığı və diskussiya şəraitində başa çatan tədbirdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

 

Mektebgushesi.az

Bənzər yazılar