Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova və universitetin prorektorları Tikinti-iqtisad fakültəsinin birinci kurs tələbələri ilə görüşüb. Görüşdə fakültənin müəllimləri, universitetin tələbə təşkilatlarının nümayəndələri də iştirak edib. Görüşü giriş nitqiylə açan fakültənin dekanı Rahat Qəribov qonaqları və tələbələri salamlayıb, onlara təhsillərində uğurlar arzulayıb.

AzMİU-dan Mektebgushesi.az-a verilən məlumata görə, AzMİU-nun rektoru G. Məmmədova universitetə bu il qəbul olan tələbələri, onların valideynlərini təbrik edib. Rektor universitetin keçdiyi tarixi yola nəzər salaraq onun 1975-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə açıldığını, bu gün AzMİU-nun ölkəmizin ali təhsil müəssisələri arasında özünəməxsus mövqeyi olduğunu vurğulayıb. TİF fakültəsinin qəbul göstəricilərini yüksək qiymətləndirən rektor bildirib ki, əldə edilən uğurlar təsadüfi deyil. “Bu uğurlar gərgin zəhmətin, intellektin hesabına qazanılıb və inanıram ki, siz tələbələrin biliyi, bacarığı inkişafımıza öz töhfəsini verəcək”.

Ölkəmizdə həyata keçirilən təhsil siyasətindən söz açan G.Məmmədova Prezident İlham Əliyevin təhsil sahəsində apardığı islahatlardan, görülən işlərdən də danışıb. Rektor onu da əlavə edib ki, AzMİU-da da bu islahatların nəticəsi olaraq son illər çox böyük işlər görülüb, savadlı kadr hazırlamaq üşün tam şərait yaradılıb. Rektor çıxışında gənclərin milli-mənəvi dəyərlərə ehtiramla yanaşmasının önəmini qeyd edib. Rəhbərlik etdiyi universitetdə yeganə meyarın bilik və tərbiyə olduğunu xatırldan rektor birinci kurs tələbələrinə yüksək səviyyəli mütəxəssis olmaq istiqamətində öz tövsiyələrini verib. “Universitetimizdə təhsil aldığınız illəri səmərəli keçirəcək, oxuyacaq, öyrənəcək, elmin, biliyin faydasını dərk edəcək və öz işinizin peşəkarı olacaqsınız. Burda seçdiyiniz ixtisaslar üzrə mükəmməl kadr olmaq üçün hər şərait yaradılıb. Eyni zamanda dil bilgilərinizin artırılması istiqamətində də çalışmağınız vacibdir”.

Universitetin tədris işləri üzrə prorektoru Akif Qasımov da tələbələri təbrik edib, onlara təlim-tədris prosesi, davamiyyət, elmi kitabxanadan istifadə, tələbələr üçün yaradılmış müxtəlif məlumat bazaları, kitablar və s. haqda məlumat verib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Bənzər yazılar