Azərbaycan Texniki Universitetində (AzTU) Gənclərin Virtual İdarəetməsi və İnkişafı Mərkəzinin (GVİİM) təşkilatçılığı ilə tələbələr arasında “Red Bull Mind Gamers” yarışı keçirilib.

Yarışın açılışında iştirak edən AzTU-nun prorektoru, professor İsa Xəlilov “Red Bull Mind Gamers” haqqında tələbələrə məlumat verib. Prorektor bildirib ki, “Red Bull Mind Gamers” ən parlaq və maraqlı zəkalardan ibarət bir topluluq yaratmaq olduğuna görə, özləri ilə mübarizə aparamaq istəyən insanlar üçün tamamilə düşündürücü, interaktiv məzmuna malik olan və real həyatla əlaqəli olan tədbirlər təklif edir.

Daha sonra tələbələr yarışda iştirak etmək üçün qeydiyyatdan keçiblər.

Qeyd edək ki, “Red Bull Mind Gamers” 2-ci dünya çempionatı 2019-cu ilin mart ayında keçiriləcək. Dünya çempionatında iştirak üçün komandalar 2 mərhələli bir yarış prosesindən keçməli olacaqlar.

/Mektebgushesi.az

Bənzər yazılar