Nəql edilə bilən orqan çətinliyinə həll tapmaq üçün işlərini sürətləndirən elm adamları 10 – 20 il ərzində üç ölçülü printerlərlə 30 dəqiqə ərzində insan orqanı hazırlaya biləcək.

Mektebgushesi.az bildirir ki, AzEdu.az xaici mediaya istinadən xəbər verir ki, üçölçülü printerlərlə insan toxuması və orqanları meydana gətirmək işlərində qısa müddətdə müvəffəqiyyətə çatan isveçli Cellink şirkəti, 10-20 il ərzində nəql edilə bilən orqan yaradıla biləcəyini açıqlayıb.
İsveçli Cellink adlı bir üç ölçülü printer firmasının idarə heyətinin başçısı Erik Qatenholm, üç ölçülü printerin düyməsini basdığında gerçək bir insan orqanı ortaya çıxartmaq istəyir.

Qatenholm bildirdi ki, lap əvvəldən məqsədi tibb dünyasını dəyişdirmək idi və yaratdıqları printeri bütün laboratoriyalarda yerləşdirməkdir.

30 dəqiqəyə insan orqanı hazırlaya biləcək

Bu son texnologiya məhsulları, bir tikiş maşını necə bir parçanın üzərinə naxış edirsə, 30 dəqiqəlik bir əməliyyat nəticəsində bioloji mürəkkəblərlə insan bədəninin parçalarını yarada biləcəklər.

Hədəf, orqan çatışmazlığına həll tapmaqdadır

Mütəxəssislər bio printerlərinin gələcək 10 – 20 il ərzində nəql edilə bilən orqanlar hazırlaya biləcəyinə inanır. Əsas hədəf isə, bütün dünyada yaşanan orqan çatışmazlığı üçün həll yolu tapmaqdır.

Bənzər yazılar