34 yaşlı musiqi müəllimi Lori Softli İngiltərənin Derbişir qraflığındakı Daffild şəhərində yerləşən Ekklsborn məktəbindəki (Ecclesbourne School) vəzifəsindən kənarlaşdırılıb. Səbəb onun dərs dediyi şagirdlərinə qarşı əxlaqsız hərəkətlər etməsidir.
Milli.Az The Sun-a istinadən bildirir ki, Lori Softli 17 yaşlı iki oğlan şagirdlə cinsi əlaqədə olub.
2008-ci ildə o, şagirdini evinə dəvət edib. Gənc oğlanla spirtli içkilər içən Softli sonradan şagirdini cinsi əlaqəyə vadar edib.
2012-ci ildə Lori Softli bu əxlaqsız əməli digər şagirdi ilə təkrarlayıb.
Üç övladı olan Lori Softlinin əri bu biabırçılıqlardan xəbər tutanda evi tərk edib və boşanma ərizəsi ilə məhkəməyə müraciət edib.