Mektebgushesi.az AzEdu.az-a istinadən  bugünədək BDU-ya rektorluq edən elm xadimlərini təqdim edir: 

Bu ali təhsil müəssisəsinin ilk rektoru Vasili İvanoviç Razumovski olub. O, rusiyalı cərrah, 1887-ci ildən Kazan Universitetinin professoru, tibb elmləri doktoru, əmək qəhrəmanı, 150-dən çox elmi işin müəllifi idi.

Universitetə 1919-1920-ci illərdə rəhbərlik edib. 1920-ci ildən sonra Kazana qayıdan Razumovski yenidən oradakı universitetdə dərs deməyə başlayıb və 1930-cu ildə təqaüdə çıxıb.

İkinci rektor Sergey Nikolayeviç Davidenkov 1920-1923-cü illərdə universitetin rektoru olub.

Aleksandr Dmitriyeviç Qulyayev 1923-26-cı illərdə üçüncü rektor kimi tarixə düşüb.

Tağı Şahbazi  Simurq BDU-nun ilk Azərbaycanlı rektoru olub. 1892-1937-ci illədə yaşayan T. Şahbazi 1926-1929-cu illərdə universitetə rəhbərlik edib. Yazıçı, publisist, pedaqoq kimi tanınıb.

Vladimir Serqeyeviç Yelpatyevski isə yalnız bir il müddətində 1929-cu ildə rektor vəzifəsində qala bilib.

Maqsud Məmmədovun rektor seçilməsi ilə universitetə yenidən azərbaycanlı rəhbərlik etməyə başlayır. O, 1929 – 1930-cu illərdə rektor olub.

1934 -1935-ci illərdə Məmmədkazım Ələkbərli, 1935–1937-ci illərdə Balabəy Həsənbəyov Ələkbərli, 1937-ci ildə isə Əziz Əliyev rektor olub.

Cəbrayıl Ələsgərov 1937-41-ci illərdə universitetə rəhbərlik edib.

Şamil Əliyev də  yalnız bir il, 1941-ci illərdə rektor olub.

Abdulla Qarayev1944-1950 -ci illərdə universitetə rəhbərlik edib.

Universitet sonrakı illərdə də bir çox rektorların rəhbərliyi altında olub. Sonradan universitetə Cəfər Hacıyev, Yusif Məmmədəliyev, Şəfayət Mehdiyev, Mehdi Əliyev, Faiq Bağırzadə, Yəhya Məmmədov, Cəmil Quliyev, Mirabbas Qasımov, Firudin Səməndərov, Murtuz Ələsgərov da rəhbərlik edib.

1996-1998-ci illərdə rektor olan Misir Mərdanov 1998-2013-cü illərdə Təhsil Naziri vəzifəsində çalışıb.

Abel Məhərrəmov isə 1999-cu ildən bugünəcən Universitetə rektorluq edib. Avropanın bir neçə universitetinin fəxri doktoru, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür. 2002-2004-cü illərdə Qara Dəniz Universitetləri Assosiasiyasının prezidenti olub. 2004-cü ildən isə buranın vitse-prezidentidir.

O, Bakı Dövlət Universitetinin ən uzunömürlü rektoru kimi yaddaşda qalıb.

Qeyd edək ki, bu gün BDU-dakı ilk dərs günündən 99 il ötür.

1919-cu il 15 noyabrda Azərbaycanın ilk ali təhsil müəssisəsi Bakı Dövlət Universitetində birinci dərs günü elan edilib. Universitet 1919-cu il sentyabrda Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilib.Həmin il 17 noyabrda bununla bağlı “Azərbaycan” qəzetində “Darülfünunun açılması” adlı məqalə çap olunub. Məqalədə qeyd olunur: “ Azərbaycan Darülfünunu, əlbəttə, bir türk Darülfünunudur. Çünki türk milləti, türk hökuməti tərəfindən türk gəncliyi üçün açılmışdır. Darülfünun həyat və məşğuliyyətə başlaması tarixi olan 15 noyabr yeni bir tərəqqi dövrünün açılmasının ibtidaisi olacaqdır”.

Məqalədə yazıldığı kimi də oldu. Azərbaycanda universitet təhsilinin təməlinin qoyulması ilə xalqın elmə, öyrənməyə olan marağı daha da artdı. Bu hadisə milli şüurun, müstəqil dövlətçilik hisslərinin güclənməsinə təkan verdi.

Bənzər yazılar