Dərc olunub: 18.01.2019

I yarımilin sonuncu KSQ-nin (Kiçik Summativ Qiymətləndirmə) jurnala hansı tarixə yazılması məktəb rəhbərliyi tərəfindən müəyyən edilməlidir.

Mektebgushesi.az  xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.

Məlumatda qeyd olunur ki, bu prosesi məktəblər özləri tənzimləməlidir.

Qeyd edək ki, hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılıb.

Yeni təlimatlara əsasən, biryarimil ərzində müəllim ən azı 3 dəfə kiçik summativ qiymətləndirmə aparmalıdır. Şagirdlərin qış tətilinin yanvarın 27-si başladığını nəzərə alsaq, deməli,  jurnal 26-sına qədər yazılır və I yarimil 26-sı bağlanır. 

Belə olduğu halda,  müəllim buraxılış siniflərində həftədə 1 saat olan fənlərdən ayın 18-nə KSQ (kiçik summativ qiymətləndirmə) 25-nə BSQ (böyük summativ qiymətləndirmə) keçirilməlidir. Yanvarın  18-i dərs təxirə salındığından KSQ-nin keçirilməsi üçün uyğun vaxt problemi yaranır.

Bənzər yazılar