Dərc olunub: 21.01.2019

Artıq bir neçə gündən sonra məktəblərdə I yarımilin sona çatması ilə tətil günləri başlayacaq. Şagirdlərin tətil günlərindən daha səmərəli istifadəsinin vacibliyini nəzərə alaraq onlar üçün faydalı ola biləcək məsləhətləri sizinlə bölüşürük.

I yarımili tamamlayan şagirdlərin ən böyük istəyi davamlı dərs çalışmalarına ara verərək, yaxşıca istirahət etməkdir. Mektebgushesi.az saytı təkcə şagirdləri deyil, həm də valideynləri xöşbəxt edəcək beş faydalı məsləhəti diqqətinizə çatdırır.

Şagirdlərin əksəriyyəti məktəb günlərində səhər yuxsundan oyanmaqda əziyyət çəkir. Buna görə də övladlarınıza tətil günlərində yaxşıca yatmaq, ya da öz-özünə oyun oynadığı üçün yataqda vaxt keçirməyinə icazə verin.

Dərs müddətində dərslərə daha çox vaxt ayırmaları səbəbi ilə kompüter, planşetdə keçirilən  müddətin az olduğunu nəzərə alaraq, tətil günlərində onlara ən çox sevdikləri internet oyunlarına bir az daha çox vaxt ayırmalarına imkan yaradın ki, nəticədə onları çox xoşbəxt edəcəksiniz.

Dərslərdən, ev tapşırıqlarından, kurslardan fürsət tapıb oxuya bilmədikləri kitabları öxumaları üçün onları həvəsləndirin. Çox uşaq kitab oxumaqdansa, oyun oynamağı üstün tutsa da, yaşına uyğun hekayə və digər kitabları oxumaqla daha faydalı zaman keçirdiklərini onlara anlatın, eyni zamnda özünüz də onlara nümunə olun.

Məktəblərdə keçirilən idman dərslərindən əlavə idmanla məşğul ola bilməyən uşaqları mütləq sevdiyi idman növünə yazdırın. Bu zaman övladınız özünün idman olan yeni maraqlarını kəşf edər, keyfiyyətli vaxt keçirər və eyni zamanda sosiallaşa bilər.

Sonda onu da qeyd edək ki, şagirdlərə verilən tətil günləri əslində gərgin dərs prosesindən sonra onların dincəlməsi üçün nəzərdə tutulur. Lakin bir çox müəllimlərin həddindən artıq ev tapşırıqları ilə şagirdləri yükləməsi onlarda, həm də valideynlərdə  əlavə stresə yol açır.

Səbinə Sabir qızı

Bənzər yazılar