Dərc olunub: 24.01.2019

Fevralın 1-dən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də respublikamızda yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılacaq.

Təhsil Nazirliyindən  mektebgushesi.az-a bildiriblər ki, transfer.edu.az portalı vasitəsilə həyata keçiriləcək sənəd qəbulu fevralın 7-dək davam edəcək.

Bənzər yazılar